Gəncədə "kriminal vəziyyət" uğrunda SİLAHLI İNSİDENT

Gəncədə "kriminal vəziyyət" uğrunda SİLAHLI İNSİDENTGəncədə kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə, adam bıçaqlamaqda təqsirləndirilən "Gəncəli Püsük" ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu hadisə ilə bağlı heç bir rəsmi məlumat, açıqlama olmayıb. Bu səbəbdən Gəncə şəhərinin kriminal vəziyyətinə nəzarətlə bağlı baş verən bu cinayətin bütün detalları ictimaiyyətə qaranlıqdır.

Həmin cinayət işi üzrə materialları əldə edib.

İttiham aktında qeyd olunur ki, 9 yanvar 2018-ci ildə "Gəncəli Püsük", Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan "Gəncəli Firdovsi" kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.

Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov "Gəncəli Firdovsi"nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb.

Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb.
Hadisədən bir il keçəndən sonra "Gəncəli Püsük" polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin "kriminal vəziyyəti"nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki. 2018-ci ildə "Lotu Quli" ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə "Püsük"ü təyin edib. Lakin "Lotu Quli"ni qanuni oğru kimi tanımayan "Gəncəli Firdovsi" bu "praqon"a etiraz edib. "Gəncəli Firdovsi" kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.

Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.

Məhkəmədə danışan "Gəncəli Püsük" özünü ittiham üzrə təqsirli bilməyib. O deyib ki, hadisə baş verən zaman orada olmayıb, ümumiyyətlə, orada iştirak etməyib:
"Hadisə barədə ümumi olaraq yaşadığım şəhərdə gəzən söhbətlərdən eşitmişəm. Ruslanı əvvəllər tanımışam, onunla münasibətim çox yaxşı olub. Aramızda əvvəllər dava-dalaş, mübahisə olmayıb. Qızılcada davanın nə üstündə olduğunu bilmirəm. Hadisə günü anamı xalamgildən evə gətirmişəm və bütün günü evdə olmuşam".

Vüsal Süleymanov məhkəmənin diqqətinə çatdırıb ki, onun hər hansı kriminal qruplaşma ilə əlaqəsi olmayıb:

"Hadisə günü xəsarət alan Ruslanı mən vurmamışam. Onun vurulması ilə bağlı hər hansı əlaqəm yoxdur. İttihamlar saxtadır. Bəraət verilməsini xahiş edirəm".

Digər təqsirləndirilən Fariz Səmədov da özünü ittiham üzrə təqsirli bilməyib. O, qeyd edib ki, Gəncədə "Ququ" ləqəbli Qurbanın məclislərin birində onu faizə pul verən şəxs kimi adlandırdığını eşidib:

"Bu söhbət mənə çatandan sonra "Ququ"ya zəng elədim, görüşmək istədiyimi bildirdim. Görüş barəsində razılaşsaq da, o görüş yerinə gəlmədi. Yenidən "Ququ"ya zəng elədim. Telefonda da ona bildirdim ki, faiz məsələsi söhbətinə görə görüşmək istəyirəm, mənim barəmdə "faizə pul verən şəxs" sözünü deyib-demədiyini aydınlaşdırmalıyıq. Lakin Qurban görüş yerinə gəlmədi. Sonra tanış uşaqlarla görüşmək üçün çayxanaya getdim. Bir müddət sonra "Qələbə" parkında yerləşən çayxanadakı uşaqların harasa durub getdiyini gördüm. Maraqlananda bildim ki, hamısı Göygöl rayonunun Qızılca kəndinə gedirlər. Avtomobilimə minərək həmin kənd istiqamətində getdim. Yol boyu irəlidə çox sayda avtomobillərin və insanların olduğunu gördüm. Bir müddət sonra oradakıların ora-bura qaçdığını müşahidə etdim. Avtomobildən düşüb nə baş verdiyi barədə maraqlandım. Dedilər ki, hadisə vaxtı silahdan istifadə olunub və havaya atəş açılıb. Avtomobilimə minib Gəncə şəhərinə qayıtdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan uşaqların onun və "Ququ" ləqəbli Qurbanın söhbətinə getdiklərini öyrənib:

"Qurban ora gəlmədiyinə görə söhbətin məcrası həbsxanada olan şəxslərin Gəncə şəhərində nüfuz dairəsinin müəyyən edilməsi istiqamətində dəyişib. Həmin vaxt isə orada bir nəfər şəxsin bıçaqlandığını eşitdim. Artıq hadisə ilə bağlı polisə çağırılmalar başlanmışdı. Bu səbəbdən Gəncədən Bakıya gəldim. Bir müddət sonra barəmdə axtarış verildiyini öyrəndim. Gəncəyə gələndə Türklər qəsəbəsində polis əməkdaşları məni tutub idarəyə gətirdilər".

Fariz Səmədov deyib ki, hadisə zamanı Ruslan Əsgərovun kimin tərəfindən bıçaqlandığını bilmir:

"Mən hadisəni görməmişəm. Ümumiyyətlə, Ruslanı tanımıram, heç vaxt görməmişəm".

Məhkəmədə zərərçəkmiş şəxs qismində danışan Ruslan Əsgərov deyib ki, 9 yanvar 2018-ci il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində "Posyolka" adlanan ərazidə yerləşən tez-tez getdiyi parka gəlib:
"Orada tanımadığım şəxslərin "Posyolka" uşaqları ilə dava-dalaş etmək istədiyini gördüm. Sonradan dava etməyə toplaşmış şəxslər dağıldılar. Həmin vaxt onların davanı davam etməyə Göygöl rayonunun Qızılca kəndinə getdiyini eşitdim. Tanımadığım bir taksiyə minərək ora getdim. Qızılca kəndinə çatdıqda orada təxminən 10-12 maşının və xeyli sayda şəxsin yığıldığını gördüm. Həmin şəxslərə yaxınlaşaraq onlara Gəncənin balaca şəhər olduğunu, hamının səhəri gün üz-üzə çıxacaqlarını bildirdim. Bu zaman da orada olan şəxslər mübahisə etdilər, əlbəyaxa olmağa başladılar. Mən onlara iradlarımı bildirdim. Həmin anda tanımadığım şəxslərdən biri bıçaqla qarın nahiyəmə vurdu və yerə yıxıldım. Xatırlamadığım uşaqlardan biri öz maşınında məni xəstəxanaya gətirdi. Məni bıçaq vuran adamı tanımıram".

Ruslan Əsgərov bildirib ki, Qızılca qəsəbəsində Vüsalı görməyib, Farizi tanımır, orada olub- olmamasını isə xatırlamır. Hadisə yerinə getməyinin səbəbi mübahisə edən tərəfləri aralamaq olub. Onu vuran Vüsal olsaydı, onu tanıyardı. Söhbətə "Gəncəli Firdovsi"nin tərəfindən gəlməyib.
Sonra Ruslan Əsgərov məhkəmənin diqqətinə çatdırıb ki, hər iki təqsirləndirilən şəxslə barışıb, onlara qarşı hər hansı tələbi də yoxdur.

Lakin hakim Fariz Səmədovun da ifadəsini və Vüsal Süleymanovun verdiyi ifadəsində hadisə yerində olmamasını, zərərçəkmiş şəxsə xəsarət yetirməməsini məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətəuyğun hesab etməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib.

Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə "Gəncəli Püsük" 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3677   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr
.

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal

18 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü

Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib

19 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans

18 oktyabr
.

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını

18 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr