"Telegram"da pullu abunəçiliyin funksiyaları açıqlanıb
Pavel Durov "Telegram"ı pullu edəcək və ona yeni funksiyalar əlavə edəcək.
Bu barədə məlumat "Telegram İnfo" kanalında yer alıb.
Bildirilir ki, "Premium" adlanan pullu versiyada istifadəçilər adın yanında hesab sahibinin xüsusi statusunu vurğulayan xüsusi markerə sahib olacaqlar.
Eksklüziv "badge"lərlə yanaşı, "Telegram Premium" abunəçiləri genişlənmiş reaksiyalar dəstini (bəyəndikləri yazı və ya mesajı qeyd etmək üçün istifadə edilə bilən smayliklər), həmçinin tam ekranlı stiker seçim pəncərəsinə çıxış əldə edəcəklər.
Kosmetik yeniliklər ödənişli "Telegram" istifadəçilərinin əldə edəcəyi yeganə xüsusiyyətlər deyil.
Məsələn, bir qovluğa əlavə edilə bilən çatların sayı 100-dən 200-ə qədər artırılacaq. Qovluqların limiti isə 10-dan 20-yə qədər genişlənəcək. Eyni zamanda, bərkidilmiş çatların sayı 5-dən 10-a qədər artacaq. Abunə oluna bilinən kanalların və superqrupların ümumi sayı isə 500-dən 1000-ə çatdırılacaq. Qrup və çat adminləri daha çox seçim əldə edəcəklər.
"Telegram Info" müəllifi hesab edir ki, bu, "Telegram Premium" sahibləri üçün açılacaq innovasiyaların natamam siyahısıdır.
"Telegram digər əlavə variantları da sınaqdan keçirir, lakin onlar haqqında sonra məlumat veriləcək", - deyə kanaldan bildirilib.
"Telegram Premium"un buraxılış tarixi hələ açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 960 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrTelefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabr