"Bu addım sayəsində qəzetlərə yeni nəfəs veriləcək" - Bəhruz Quliyev

"Bu addım sayəsində qəzetlərə yeni nəfəs veriləcək" - Bəhruz QuliyevAzərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 18 faiz ƏDV-nin ləğv olunması çap medianın inkişafına necə təsir edəcək?

Bununla bağlı Sonxeber.az-a danışan "SƏS" Media Qrupun rəhbəri, Əməkdar jurnalist Bəhruz Quliyev açıqlama verib.

O bu qərarın çox böyük bir addım olduğunu bildirib:

"Bu addım sayəsində qəzetlərə yeni nəfəs veriləcək. Bununla bağlı Milli Məclisə dəfələrlə müraciət edilib və uzun müddət müzakirə olunub.

Bu məsələ hər zaman gündəmdə olmaqla yanaşı, Azərbaycan mediasını problem olaraq narahat edib.

Bütün dövrlərdə Azərbaycan mediasının problemləri Ulu Öndər və Prezident İlham Əliyev tərəfindən çox həssaslıqla qarşılanıb.

1998-ci ildə çox böyük bir borc yığılıb. 2000-ci ildə ölkəmizin mətbuat rəhbərləri Ulu Öndərə müraciət edərək Azərbaycan nəşriyyatına borclarının olduğunu bildiriblər. Bunun da səbəblərindən biri idxal olunan kağızın və məhsulların maya dəyərinin yüksək olması idi ki, bizə problem yaradırdı.

Ulu Öndər həmin zaman bizə həssaslıqla yanaşaraq, Azərbaycan mətbuatının nəşriyyata olan borcunu dondurdu. O dövrdə ən böyük borc "SƏS" qəzetində idi. Sonrakı zamanlarda isə borclar cənab Prezident tərəfindən ləğv edildi və dövlət hesabına ödənildi.

2002-ci ildə bizim əlavə dəyər vergisindən azad olunmağımızla bağlı qərar verildi. Biz bu günə qədər sadələşmiş vergi ödəyicisi sayılırdıq.
Bu gün isə idxal olunan kağızlar üzərindən əlavə dəyər vergisinin götürülməsi ilə artıq bu vergi bizim xaricdən aldığımız qəzet kağızlarının üzərindən götürülür. Bu, təqdirəlayiq bir addımdır.

Medianın İnkişafı Agentliyinin yaradılması son zamanlar mediaya olan xüsusi diqqətin nəticəsidir.

Qeyd edim ki, agentliyin yaranması ilə yeni bir qanun da qəbul edilib. İnkişaf getdikcə qanunların dəyişməsinə, yeni qanunlara ehtiyac yaranır.
Hesab edirəm ki, dövlətin bu sahədə verdiyi qərar medianin inkişafı üçün çox ciddi bir addımdır.

Kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV-dən azad olunması qəzetin maya dəyərinin aşağı düşməsi deməkdir. Bu da redaksiya əməkdaşlarının fəaliyyətini qurmaq üçün qəzet rəhbərlərinə köməkdir".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2095   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

8 avqust
.

Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏ

Bəzən insan həyatında elə bir məqam gəlir ki, bütün tərəddüdlərini və qorxularını geridə qoyaraq yeni bir başlanğıca addım atır. 29 yaşında aparıcılıq yoluna çıxmaq isə sadəcə peşə seçimi deyil, həm də cəsarətin və özünə inamın hekayəsidir. Bu gün -ın qonağı yeni televiziya siması, lakin arxasında zəngi

5 mart
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ

Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nətic

31 oktyabr 2023
.

Razi Nurullayev: "Vətən müharibəsindən sonra gözləntimizdən daha müsbət hadisələr baş verdi"-VİDEOMÜSAHİBƏ

İstiqamət:İctimai və dövlət maraqlarının müdafiəsi. "Bu 3 il ərzində gözləntimizdən daha müsbət hadisələr baş verdi. Gözləyirdik ki, 5 ilin tamamında rus sülhməramlıları gedər və ondan sonra Qarabağ ermənilərini ram etmək olar. Onların əsas güvəndiyi qüvvə rus sülhməramlıları idi. Cənab Preziden

27 sentyabr 2023
.

"Bəlkə bununla bağlı kitab da yazdım" - Fəxriyə Xələfova - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyə Xələfova qonaq olub. Veriliş zamanı onun yaradıcılıq yolu, estetik dünyagörüşü və mədəniyyətə baxışı ətrafında söhbət aparılıb. xəbər verir ki, Fəxriyə Xələfova rənglərin insan psixologiyasına təsirində

22 dekabr 2025
.

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib. O, jurnalistin müvafiq sualına cavabında deyib

22 yanvar 2024
.

"Hamımız bilirdik ki, bu videolarımız bizə uğur gətirəcək" - "MÜŞFİQ" qrupu - VİDEOMÜSAHİBƏ

"MÜŞFİQ" qrupu saytımızın qonağı oldu. -ın suallarını cavablandırarkən qrupun təşkilatçısı Toğrul Abıyev onu da qeyd etdi ki, hazırda viral olan videoları universitetdə çəkib, ərsiyəyə gətiririk: . "Qrupun təşkilatçısı mənəm. Ümumiyyətlə çoxdan videolar çəkir və paylaşırdım. Bu videolar

25 aprel 2025
.

"Qarabağla bağlı bu gün apardığımız siyasət 30 ildə yuxumuza da girməzdi" - Cavanşir Paşazadə-VİDEOMÜSAHİBƏ

"Bu gün Qarabağla bağlı apardığımız siyasət 30 il müddətində ağlımıza da gəlməzdi. Bəzi insanlar bunu tam qiymətləndirə bilmirlər. Bizim arzumuz həyata keçib. Bunun üçün şəhidlər vermişik, qazilərimiz var". Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə -a müsahibəsində deyib. Deputa

13 oktyabr 2023