Niyə istidə yuxuya getmək çətindir? - SƏBƏBİ AÇIQLANDI
Heç kim gecənin ortasında oyanmağı sevmir, lakin hər gecə 7 saatdan az yatan yaşlı insanların 35 faizdən çoxu üçün bu ümumi bir ssenari ola bilər.
Lent.az xəbər verir ki, insanların az yatmasının bir neçə səbəbi var: stress, gecə gec saatlarda qəhvə içmək və ya gün ərzində çox yatmaq, ancaq düşünmədiyiniz səbəblərdən biri havanın istiliyidir.
Planet iqlim dəyişikliyi səbəbindən istiləşməyə davam etdikcə, bizi daha isti keçən qışlar və daha isti yaylar gözləyir. Yataq otağınızda da havanın isti olacağı istisna deyil.
"Əgər yaxın 50 il üçün temperatur proqnozuna baxsanız, görərsiniz ki, qlobal temperatur yüksələcək və bu, insanların yuxusuna təsir edəcək", - Kaliforniya universitetindən olan koqnitiv nevroloq (koqnitiv nevrologiya, sinir sistemi ilə zehni proseslər arasındakı əlaqəni araşdıran fənlərarası bir sahədir-red.) Sara Mednik deyib.
Yataq otağı isti olarsa, yuxu problemləri ehtimalı artır.
"Yüksək temperatur yuxunun 3-cü mərhələsini poza bilər, bu müddət ərzində orqanizm yavaş dalğalı yuxuya, beyin fəaliyyətinin gündən sonra bərpa olunmaq üçün yavaşladığı dərin istirahət vəziyyətinə keçir", - bunu isə Mayami universiteti yanında Miller Tibb məktəbinin psixiatriya və davranış elmləri bölməsinin dosenti Aziza Seyşas bildirib .
Alimin sözlərinə görə, otaqda temperaturun daha aşağı səviyyədə saxlanması orqanizm üçün artıq yatmaq vaxtı olduğuna dair siqnaldır.
Mütəxəssislər isti havada yuxuya getməyinizə kömək edəcək bir neçə üsul təklif edirlər.
2019-cu ilin icmalında qeyd edilir ki, isti mühitdən soyuq mühitə tədricən keçid, əsas temperaturu aşağı salmaqla və istirahət üçün beyin fəaliyyətini stimullaşdırmaqla orqanizmi yuxuya hazırlamağa kömək edir.
Bunun bir yolu isti duş qəbul etmək, lakin sonra sona doğru soyuq su istifadə etmək və ya isti duşdan çıxıb sərin otağa daxil olmaqdır.
Başqa bir varian ayaqlarınızı və qollarınızı yataqdan uzaq tutmaqdır.
Ancaq gecələr ayaqlarınız soyuqdursa, Seyşas əlavə istilik təmin etmək üçün corab geyinməyi tövsiyə edir. Qızdırılan döşək yastığı, qış aylarında istilik sistemlərinin yaxşı işləmədiyi evlərdə də kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1952 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrTelefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabr