Azərbaycanda növbəti devalvasiya olacaq? - PROQNOZ

Azərbaycanda növbəti devalvasiya olacaq? - PROQNOZMaliyyə bazarlarındakı vəziyyət 2015-ci ilin sonunda baş verən mənfi tendensiyanı təkrarlaya bilər.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimalları gücləndirib. Belə ki, ABŞ-ın "Goldman Sachs" bankının hesabatına əsasən, noyabrda FES-in uçot dərəcəsini artırmaq ehtimalı 10%, dekabr üçün isə 65% təşkil edib. Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi digər valyutalarla müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, əsas valyuta cütlüyü hesab olunan USD/EUR məzənnəsi dünəndən etibarən 1% azalaraq 1,1070 səviyyəsinə kimi geriləyib. Bu isə keçən ilin sonunda baş verənlərin təkrarlanmasına yol aça bilər.

Keçən ilin oktyabr ayından etibarən dollar indeksinin 7% artması nəticədə dekabrda FES-in uçot dərəcəsini artırmasına səbəb olub. Lakin daha sonra dünya bazarlarında sərt dalğalanmalar FES-i növbəti faiz artırımı qərarından vaz keçməsinə gətirib çıxarıb. Son bir il ərzində isə ABŞ iqtisadiyyatı daha da güclənib.
Neft bazarında da 2015-ci ilin sonuna bənzər tendensiya müşahidə olunur. Avqustdan oktyabra qədər artan neft qiymətləri daha sonra sərt bir şəkildə azalmağa başlayıb.
Xatırladaq ki, oktyabrın 12-də ABŞ Federal Açıq Bazar Komitəsi (FOMC) protokollarını açıqlayacaq. Protokolların nəticəsinə görə, dekabr ayında faizlərin artırılması ehtimalı 100%-ə qədər yüksələ bilər. Əgər maliyyə bazarları dolların möhkəmlənməsi trendinə başladığını qəbul edərsə, tezliklə neft qiymətlərinin baha olduğunu da anlayacaqlar. O zaman, hətta neft hasilatının azaldılması və ya dondurulması neftin qiymətini xilas edə bilməyəcək.
"Report"un analitik qrupu ilin sonuna qədər USD/EUR məzənnəsinin paritetə yaxınlaşacağını, neft qiymətlərinin isə 28-35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.

Qeyd edək ki ötən ilin sonunda baş verən maliyyə böhranı dekabrın 21-də Azərbaycanda "üzən məzənnə" rejimi tətbiq edildi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4847   Tarix: 11 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021