Satılan gözəllik və ya plastik cərrahların əl işi

Satılan gözəllik və ya plastik cərrahların əl işiİki gün öncə Bakıda keçirilmiş "Miss & Mister Azerbaijan -2022" gözəllik müsabiqəsinin qalibi Nurlana Vəliyeva öz görüntüsüylə söz-söhbətə səbəb olub. Gözəllər gözəlini dilə-dişə salan füsunkar gözəlliyi deyil, illər əvvəl, plastik əməliyyatdan öncə çəkilmiş şəkilləridir.

Azərbaycan gözəlinin keçmiş fotolarına baxan kimi, onun "tyuning" gözəli olduğunu görürsən. "Bu boyda Azərbaycanda təbii gözəl qız tapılmadı, tacı plastik cərrahların əl işinin bəhrəsinə verdilər?" Bu sualı biz yox, sosial şəbəkə izləyiciləri səsləndirirlər. Haqsız da sayılmazlar. Son illərdə Azərbaycanda gözəllik yarışmasının qalibləri deyə təqdim edilən xanımların böyük əksəriyyəti gözəllik standartlarından xeyli uzaqdırlar. Deyəsən, ölkəmizdə münsiflər heyətinin gözəlliyə baxışı dünyadan xeyli fərqlənir, ya da problem münsiflərin gözəli çirkindən ayıra bilməyən gözlərindədir. Bizim gözəllik müsabiqələrimizdə bir çox hallarda xanımların boyu balaca, yaşı çox, çəkisi, bədən quruluşu və s. standartlara uyğun olmur. Yalnız bizdə dəfələrlə plastik əməliyyat keçirmiş xanımları seçimlərə buraxmaqla qalmayıb, qalib edirlər. Qalibin şəkli yayımlandıqdan sonar məlum olur ki, bəs "kraliça" öncə evil olub, boşanıb və ya övlad sahibidir. Bu faktları da bərk- bərk gizlədir. Münsiflər heyəti əsasən modellər, dünya yarışmalarında ölkəsini təmsil edən şəxslər, tanınmış modelyerlər, stilistlər və incəsənət xadimlərindən ibarət olur.
Obyektivlik nə səviyyədədir? Sualın cavabı qalib seçilən namizədlərə baxınca məlum olur. Yerli səviyyəli müsabiqələr pul üzərində qurulan oyunlardan başqa bir şey deyil. Pulun varsa, çirkin olsan da, cəmiyyətə gözəl kimi təqdim ediləcəksən, daha doğrusu səni beləcə "sırıyacaqlar". Məsələn, 2017-ci ildə nominantlar siyahısına düşmək üçün 5000 dollar bəs idi. Sonraqkı illərdə bu qiymət artan xətt üzrə inkişaf etdi, indi də sirr kimi qorunur. Bəs bir çoxlarını saxta gözəl titulunu almağa vadar edən nədir? Məsəl bir qədər kobud səslənsə də, "axsaq atın kor nalbəndi olar" deyiblər. Bəzi "gözəlçələr" yaxşı bilirlər ki, aldıqları sertifikatla bir çox qapıları aça biləcəklər. Üstəlik oliqarxlar, ərəb şeyxləri, qısası puluyla öyünməyi sevənlər öz süfrələri başında məhz dünya gözəllərini, məşhur simaları görmək istəyirlər. Pulla alınan gözəllik pullar qazandırır, gah alınır, gah satılır... Hər il dünyada 4 böyük gözəllik müsabiqəsi keçirilir. Bunlar " Miss Dünya", "Miss Kainat", "Miss Beynəlxalq Gözəl", " Miss Yer kürəsi" müsabiqələridir. Bu müsabiqələrin qalibləri müxtəlif telekanallardan dəvətlər alır, filmlərə çəkilir, məşhur brendlərin simalarına çevrilirlər. Azərbaycan bazarında bu imkanlar məhduddur. Dünyada keçirilmiş gözəllik müsabiqələri haqqında maraqlı faktları da diqqətə çatdırmaq istərdik.
İlk gözəllik müsabiqəsində bikinili çıxış olmamışdı. Gözəllik müsabiqələrində ən çox Venesuela və Filippin gözəlləri qalib seçilirlər. Namizədlər hamısı subay olmalıdır. İlk "Kainat gözəli" Romanovların tacını daşıyıb. Hər il təkcə ABŞ-dan 2,5 milyon qadın müxtəlif gözəllik yarışmalarına qatılırlar. Gözəllik kraliçası olmaq nə asandır, nə də ucuz. Müsabiqə üçün geyimin qiyməti 5000 dollara qədər çata bilir. Bundan əlavə, peşəkar fotoqrafların, məşqçilərin, stilistlərin, bu sahə üzrə mütəxəssislərin xidmətlərindən də istifadə etmək lazım gəlir. Çünki Avropa və ABŞ-da gözəllik müsabiqəsinin qalibləri yalnız xarici görünüşlərinə görə deyil, intellekt səviyyələrinə görə də üstünlük sərgiləməlidirlər. Müxtəlif illərdə dünyada "Ən çirkin qadın", " Miss Vampir", "Miss Meymun", "Miss Atom bombası", "Miss Gözəl gözlü" yarışmaları keçirilib. Gözəllik kraliçalarının ölkəsi Venesuelada insanlar qızlarının gözəl ola bilmələri üçün fəaliyyətə hələ onlar uşaq olarkən başlayırlar. Bu fəaliyyətə boy ucaltmaq üçün müxtəlif hormonal preparatların qəbulu, müxtəlif kosmetik prosedurlarının aparılması, hətta uşaqların sərt maddələr yeyib, kökəlməməsi üçün ağızlarına dəmir torun salınması belə daxildir. Gözəllik müsabiqələrinin iştirakçılarının gözəl qalmaq üçün bəzi maraqlı sirləri də var. Məsələn, keçmiş gözəllik kraliçalarından birinin dediyinə görə, o, formada qalmaq üçün üzünə və bədəninə babasil məlhəmi çəkirmiş. Yerli səviyyəli gözəllik müsabiqəsi təşkil etmək çətin məsələ deyil. Kişik və tanınmamış müsabiqələrin çoxusu beynəlxalq reyestrlərə salınmır.Çox zaman təşkilatçılar sadəcə fırıldaqçılar olurlar, müxtəlif adlar altında topladıqları pulları yığıb aradan çıxır, gözəllərə isə vəd edilən mükafatları vermirlər. Elə bizdəki kimi./lent.az
Satılan gözəllik və ya plastik cərrahların əl işiSatılan gözəllik və ya plastik cərrahların əl işi


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2162   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr