Bu şəhərə kişilər yalnız həftə sonları gələ bilər - "Müasir amazonlar"

Bu şəhərə kişilər yalnız həftə sonları gələ bilər - "Müasir amazonlar"Son illərdə feminizm bütün dünyada aktiv şəkildə irəliləyir. Qadınların hüquqları qorunur, problemləri işıqlandırılır, onlara dəstək aksiyaları keçirilir. Bir çox mühafizəkar düşüncəli insanlar hətta zarafatlaşırlar - bir azdan qadınlar öz şəhərlərini və ya hətta dövlətlərini yaradacaqlar. Bilirsiniz, zarafat öz yerində, amma belə bir şəhər artıq mövcuddur.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, o, Braziliyada yerləşir və tələffüz edilməsi çətin olan Noyva-du-Kordeyra adlanır.

Feminizmin yeni və müasir bir şey olduğuna dair stereotiplərin əksinə olaraq, bu şəhərin tarixi 130 ilə yaxındır, çünki 1891-ci ildə qurulub! Bunun necə baş verdiyini indi dəqiq müəyyən etmək mümkün deyil. Lakin sakinlərin özləri ağızdan-ağıza ötürülən tarixə inanırlar. Belə ki, onların versiyasına görə, şəhəri ərinə xəyanət etdiyi üçün evindən qovulan və kilsədən imtina edən gənc qız qurub. Onun adı Mariya Senyorinya de Lima idi və bu gün o, şəhərdə olduqca hörmətlə yad edilir.

Mariya başına gələnlərin təkrarlanmadığı bir yer yaratmaq istəyirdi. Qızlara hörmət və ehtiramla yanaşılacağı, hər kəs tərəfindən qəbul ediləcəyi bir yer. O, müəyyən dərəcədə indi bəzi ölkələrdə populyar olan feminist Kommunası ideyasını həyata keçirmişdi.

O, uğur qazandımı? Bəli. Rio-de-Janeyrodan 400 kilometr məsafədə yerləşən kiçik bir ferma bütün ehtiyacı olanları öz damı altına alır. Təəssüf ki, bu yer dərhal yaxşı nüfuz qazana bilməyib: buraya əsasən günahkarlar, sürgünlər və ən qədim peşənin xanımları gəlirdi. Ümumiyyətlə, həqiqətən gedəcək yeri olmayanların hamısı.

Onlar təsərrüfatda işləyirdilər, özlərini təmin edirdilər və... kişiləri özlərinə yaxın buraxmırdılar, onsuz da bacılıqları ilə birgə tamamilə özünü təmin etdiyini vurğulayırdılar. Onlara patriarxat lazım deyil, onlar matriarxat tərəfdarıdırlar.

Ancaq Ayın altında heç nə əbədi deyil. Keçən əsrin 50-ci illərində "Amazonların məskunlaşması" sona çatıb. Müvəqqəti, lakin xoşagəlməz. Şəhərin qızlarından biri Noyve-de-Kordeyrada öz kilsəsini açaraq, digər şeylərlə yanaşı, qızlara qulluq etməyi, onlara baxmağı və onlara kömək etməyi vəd edən bir keşişlə evlənmək qərarına gəlib.

Xanımlar razılaşdılar və ... peşman olurlar. Adam idarəetmənin cilovunu öz əlinə alır və tez bir zamanda şəhərdə din tərəfindən dəstəklənən patriarxal nizam-intizam qurur.

Beləliklə, qəsəbədə musiqi, spirtli içkilər, kontrasepsiya (arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur-red.) qadağan edilib. Qadınlarqətiyyən bəyənmədikləri çox ciddi bir həyat tərzi keçirirlər və bunun nəticəsində keçmiş azadlıqlarından məhrum olurlar. Ərlər keşişin tərəfinə keçirlər. Burada daha bir uğursuzluqla üzləşirlər, çünki kişilərə içki içməyə və əylənməyə icazə verilir.
Nəticədə keşişin ölümündən sonra qızlar öz keçmiş həyatlarına qayıdırlar. Üstəlik, kişiləri şəhərdən qovurlar. Əgər əvvəllər ərləri vacib qərarlar qəbul etmirdilərsə, lakin şəhərdə yaşaya bilirdilərsə, indi bu yoxdur. Bura yalnız qadınların ərazisidir. Təbii ki, burada kişilər üçün yer var, ancaq həftə sonları. Oğullar, atalar, qardaşlar və ərlər qadınları ziyarət edə bilərlər, lakin ondan kənara çıxa bilməyən bir cədvəldə - xanımlar sadəcə olaraq kişilərin yenidən hökmran olmasına imkan vermək istəmirlər.

Bəs bu "amazonlar" necə yaşayır? Əgər onlara inansaq, o pis yaşamırlar. Onların hər kəsin bir-birini dəstəklədiyi əsl kommunası var. Bəzi qızların əri və uşaqları var, bəzilərinin şəhərdən kənarda işi var. Amma böyük əksəriyyəti burada işləyir. Axı onların əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Qızlar təkcə özlərini yedizdirmir, həm də məhsul satır, çörək pulu qazanırlar.

Şəhərdə kommunizm hökm sürür - hamı bir-biri ilə bölüşməkdən, birgə qərarlar verməkdən və əslində təkbaşına heç bir şeyə sahib olmaqdan məmnundur. Burada hər şey ümumidir.

Bir çox xanımlar əmin edirlər ki, onların şəhəri dünyanın ən yaxşısıdır. Lakin bəziləri bununla razılaşmır. Belə şəraitdə yaşamaq, həyat yoldaşı tapmaq asan deyil. Nəinki bütün vaxtlarını şəhərdə keçirirlər, həm də nadir halda tapılan bəylər həmişə sevdiklərindən ayrı yaşamağa razı olmurlar.

Braziliyanın özündə şəhərə anlaşılmazlıqla yanaşırlar. Bəli, feminizm yaxşıdır, amma insanlar kişilərin qovulmasını problemin həlli üçün çox radikal görürlər.

Şəhərdə yaşayan bir çox xanımlar ailə, uşaq istəyir, amma 18 yaşı taman olan oğullarını və ərlərini qovurlar. Bu bir qədər irrasionaldır. Görünür, dini doqmatizm boyunduruğu altında uzun ömür sürmək bu xanımların yaddaşında hələ də təzədir. Onlar, sadəcə nəyincə təkrarlanaca biləcəyindən qorxurlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1481   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr