"Bəyanatda ermənilərin öz xeyrinə yoza biləcəyi məqamlar da əslində Azərbaycan gündəliyinin sətiraltı əksidir"

"Bəyanatda ermənilərin öz xeyrinə yoza biləcəyi məqamlar da əslində Azərbaycan gündəliyinin sətiraltı əksidir""Son bir neçə gündə əldə edilən uğurlar Azərbaycan diplomatiyasının zəfər tarixinə daxil olub. 23 may tarixində Azərbaycan Respublikası Prezidenti delimitasiya komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Eyni addımı Ermənistanın Baş naziri Nikol Paşinyan da atıb, Baş nazir müavini Mqer Qriqoryanın başçılığı altında komissiya yaradıb. Bu sərəncamlar əslində bir gün əvvəl Brüsseldə tərəflər arasında əldə edilmiş razılaşmanın praktiki reallaşmasıdır".

Bunu Sonxeber.az-a danışan deputat Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, 22 may tarixində Ermənistanın Baş naziri, Aİ Şurasının prezidenti və Azərbaycan Prezidenti arasında üçtərəfli görüşün yekunlarına dair Aİ Şurasının prezidenti Şarl Mişel bəyanatla çıxış edib:

"Bəyanata görə, tərəflər bir neçə vacib məsələ üzrə razılığa gəliblər. Bu məsələlərdən birincisi delimitasiya və demarkasiya üzrə yaradılacaq komissiyaların yaxın günlərdə sərhəddə birgə görüşünün keçirilməsidir. Bu, Azərbaycanın Brüssel görüşündəki gündəliyinin birinci bəndinin yerinə yetirilməsidir.

Xatırladaq ki, birgə komissiyanın yaradılması 6 aprel tarixli Brüssel bəyanatı ilə müəyyən edilsə də, Ermənistan iki dəfə Azərbaycanla bu görüşlərin keçirilməsindən yayınıb. Lakin bu dəfə Brüsseldə Ermənistana fərqli tərəflərdən edilən təsirlər və təzyiqlər onu Azərbaycanın gündəliyini qəbul etməyə məcbur etdi".

Tamam Cəfərova, fikirlərinin davamı olaraq, bildirib ki, 22 may tarixli Brüssel bəyanatının ikinci vacib məqamı qarşılıqlı əlaqələrin bərpası üzrə razılığın əldə edilməsidir:

"Şarl Mişelə görə, liderlər nəqliyyat əlaqələrinin açılmasının davam etməsinin zəruriliyinə dair razılığa gəliblər. Azərbaycan Ermənistan ərazisi boyunca Naxçıvanla, Ermənistan isə Azərbaycan ərazisi boyunca digər əraziləri ilə əlaqə yaradacağına dair razılıq əldə edib. Azərbaycanın Ermənistan ərazisi boyunca Naxçıvanla qarşılıqlı tranzit əlaqə yaratması anlaşılandır: Naxçıvan Azərbaycanın əsas ərazilərindən kənarda yerləşən bir eksklavdır. Amma Ermənistanın Azərbaycan əraziləri boyunca digər hissələri ilə əlaqə yaratması ilk baxışdan uyğunsuz bir ifadə kimi görsənir: hansı səbəbdən Ermənistan öz fərqli regionları ilə əlaqəni Azərbaycan ərazisi boyunca saxlamalıdır? Niyə Ermənistan öz ərazisindən keçən marşrutlardan deyil, Azərbaycan marşrutlarından istifadə etməyə çalışır? Ermənistanın nəqliyyat-kommunikasiya xətlərinin xəritəsinə nəzər yetirmək kifayətdir ki, ölkənin fərqli regionları arasında ən qısa maşrutların elə ölkə boyunca getdiyinin şahidi olasan".

Deputat vurğulayıb ki, Azərbaycan ərazisinə daxil olan erməni nəqliyyat vasitələrinin yoxlanış və gömrük rüsümlarına məruz qalma məsələsi bir çox suallar formalaşdırır:

"Əgər erməni nəqliyyat vasitələri yoxlanış və gömrük rüsumlarına məruz qalmayacaqlarsa, onda belə çıxır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş də heç bir yoxlanış və gömrük rüsumlarına məruz qalmayacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bunu bildirib".

Sonda bəyanatda sülh sazişinin imzalanma zərurətinin qeyd edildiyini vurğulayan Tamam Cəfərova bu məqsədlə xarici işlər nazirləri səviyyəsində yaxın həftələrdə müvafiq komandaların yaradılacağını deyib və bildirib ki, bu məsələ də Azərbaycan gündəliyini özündə əks etdirir:

"Xüsusilə qeyd edək ki, bəyanatda "Dağlıq Qarabağ", "status", "münaqişə", "Minsk qrupu" və bu tip digər ifadələr yer almayıb. Cəmi bircə dəfə "Qarabağ" ifadəsindən "etnik erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" kontekstində istifadə edilib. Bəyanatda "Dağlıq Qarabağ" yerinə "Qarabağ" sözünün hallanması çox vacibdir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarı ilə Dağlıq Qarabağ və 7 ətraf rayon Qarabağ və Şərqi Zəngəzur adlı iqtisadi zonalara ayrılıb. Şarl Mişelin "Qarabağ" sözündən istifadə etməsi Azərbaycanın ərazi-inzibati quruluşunun Aİ tərəfindən qəbul edilməsinin göstəricisidir.

Etnik ermənilərin təhlükəsizlik və hüquqlarının təmin edilməsi məsələsinə gəldikdə isə, bildirməliyik ki, Azərbaycan heç vaxt ermənilərin hüquqlarını məhdudlaşdıracağını bəyan etməyib, əksinə, Azərbaycan daima bildirib ki, Qarabağda yaşayan etnik ermənilər beynəlxalq hüquqa görə Azərbaycan vətəndaşlarıdırlar. Qısası, bəyanatda ermənilərin öz xeyrinə yoza biləcəyi məqamlar da əslində Azərbaycan gündəliyinin sətiraltı əksidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1550   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr