Arıq görünmək üçün necə geyinmək lazımdır?

Arıq görünmək üçün necə geyinmək lazımdır?Qadınların ən böyük sıxıntılarından biri də artıq çəkiləridir. Arıq və incə görünmək hər bir xanımın arzusudur. Əslində bu o qədər də çətin deyil. Gözəl və intimual görünmək üçün verməniz lazım olan 4-5 kilonuz varsa kiçik detallarla bunu bacara bilərsiniz. Paltar seçiminizdə, tərzinizdə edəcəyiniz dəyişikliklərlə olduğunuzdan çox daha zərif görünəcəksiniz.

Lent.az daha arıq və inci görünmək üçün geyimlə bağlı bir neçə məqamı sizə təqdim edir:

Yüksək bel geyimlər
Yüksək bel şalvar və ya ətək geyindikdə olduğunuzdan daha arıq görünəcəksiniz. Üst paltarınızı bu geyimlərin içinə salmaqla həm xoş görüntü yaradacaqsınız, həm də artıq çəkilərinizi gözdən itirə biləcəksiniz. Ölçünüzün 34 və ya 44 olması vacib deyil, fərqi dərhal hiss edəcəksiniz.

Tünd rəngli geyimlər

"Qara rəng arıq göstərir" – hər bir qadın həyatında bir dəfə də olsun bu məsləhəti eşidir. Bu tövsiyəni verənlər çox da haqsız sayılmaz. Amma modada bu qədər çox gözəl rəng varkən hər gün qara rəngli geyinmək yaxşı fikir deyil. Arıq görünmək üçün təkcə qara geyinmək doğru sayılmaz. Buna görə, açıq rənglərin tünd çalarlarını geyinmək daha məqsədə uyğundur. Məsələn, ağ rəng yerinə, krem rəngli "t-shirt"ləri seçə bilərsiniz.

Ayaqqabı seçimi

Tutaq ki, özünüzə yaraşan paltar geyinmisiniz. Amma o paltara düzgün ayaqqabı geyinməkdə çətinlik çəkirsiniz. Çünki qadınların ən böyük problemi paltara uyğun ayaqqabı seçməkdir. Yanlış ayaqqabı seçimi ayaqlarınızı daha qısa, sizi isə kök göstərə bilər. Vacib deyil ki, hündür daban ayaqqabı geyinəsiniz. Məsələn, dəri və ipli babetlər sizi həm incə, həm də tərzli göstərəcək.

Bujiteriya

Bujiteriyalar həmişə yaxşı investisiyadır. Çünki, onlar həm geyimə dəyər qatır, həm də onu fərdiləşdirir. Hətta elə aksessuarlar var ki, sizin daha incə görünməyinizə şərait yarada bilər. Bunlara əsasən uzun sırğalar, sadə boyunbağılar aiddir. Boyunbağıların qısa olması daha məqsədə uyğundur. Onların dekolteni vurğulayacaq qədər uzun olması kifayətdir.

Düzgün gödəkçə seçimi

Az kilolu görünmək üçün düzgün gödəkçə seçimi çox vacibdir. Geyimə uyğun blazerlər belin daha incə görünməsinə imkan verir. Bundan əlavə, qutu kimi və qısa kəsimli gödəkçələr bədəni vurğulayan alt geyimlə daha arıq görünməyinizə şərait yaradacaq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1786   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr