Alim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTO

Alim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTO"Bura torpaq qismət olmayanların qəbiristanlığıdır. Onlara hörmət etmək lazımdır".

Bunu Anatomiya muzeyinin yerləşdiyi İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri Anar Abdullayev deyir.

Lent.az-ın Anatomiya Muzeyindən hazırladığı reportajı təqdim edirik.

Bura ənənəvi muzeylərdən çox fərqlənir. Burada hər şey insanla bağlıdır, insana bağlıdır. Onlar balonların içindədir, onlar çox əcaibdir..
Anar bəy muzeyin tarixindən danışır əvvəlcə:

- BDU-nun yaradıcısı Razumovski bu kafedranın ilk müdiri olub. Sonra onu professor Malinovski əvəz edib. Daha sonra isə Anserov adlı alim müdir olub.

Bura 1936-cı ildən milli kadrlar rəhbərlik etməyə başlayıblar. Deməli, 1936-1973-cü illərdə – Milli anatomiya məktəbinin banisi Kamil Balakişiyev, 1973-1990 - professor G.S.Hacıyev, 1990-1995 - R.Ə.Əsgərov, 1995-2022-ci illərdə - Vaqif Şadlinski. Onun dövründə kafedra həqiqi inkişaf dövrü keçib. Bütün otaqlar modern qaydada kompüter və televizorlarla təmin olunub. Kafedranın sahəsi genişləndirilib.

Anar bəyin kabinetindən çıxıb muzeyə doğru irəliləyirik. İçəri girən kimi mumiyalar haqda danışır:

- Bu mumiyaların ikisini Malinovskinin tələbələri hazırlayıblar. Onlardan biri 1925-ci ilə aiddir. Digəri isə Bakı kilsələrinin birində keçən əsrin 20-ci illərində tapılan qoca kişi mumiyasıdır. Bu mumiyaların hər biri təbii, gerçəkdir. Daxili orqanlar qalıbsa, deməli, təbii modifikasiyadır. Misir piramidalarında mumiyalarda daxili orqan tapmaq olmaz. Çünki onlar onu çıxarıb ayrıca saxlayırlar.

Burada olan bütün eksponatlar ildə iki dəfə xüsusi məhlullarla təmizlənir. Həmçinin mumiyalar xüsusi hava şəraitində saxlanılır. Ən çətini preparatı hazırlamaq deyil, onu saxlamaqdır. Sümüyü saxlamaq üçün heç bir məhlula ehtiyac yoxdur. Sümük qalır. Amma digər strukturlar tez çürüdüyünə görə onları saxlamaq üçün məhlul lazımdır. Bu məhlulların da hamısı eyni ola bilməz. Beyni saxladığın məhlulla ürəyi saxladığın məhlul eyni ola bilməz.

Burada gördüyünüz bu balonların ağzı bağlanıb. Onların içindəki maye daim dəyişməlidir.
Anar bəy bəzi adətlərin bizə neandertal insanlardan keçdiyini söyləyir.

- İnsanlar hər zaman fərqlənməyə çalışıblar. Bunun üçün döymə, pirsinq və sair vasitələrdən istifadə olunub. Keçmişdə isə kəlləni deformasiya etmək dəbdə idi. Analar uşaqlarının başlarını xüsusi baş örtükləri ilə bağlayaraq müəyyən forma veriblər. Atillanın başına baxdıqda bunu görmək olur. Onlar da haranı işğal ediblərsə, bu baş forması ora dəb kimi düşüb.
Eramızın əvvəllərinə aid müxtəlif deformasiya olunmuş kəllələr var. Bunu belə xüsusi örtüklərlə, lövhələri insan alnına bağlayıb uzun müddət saxlamaqla ediblər.
Kafedra müdiri onu da deyir ki, qəbirlərin üzərinə gül qoymaq adəti də bizə neandertal insanlardan gəlir.

- Kəllə deformasiyası adəti insanlara neandertallardan qalıb. İraqda Şamidar mağarası var. Neandertallar 15 min il müasir insanla eyni dövrdə yaşayıblar. Müəyyən xüsusiyyətləri müasir insan onlardan əldə ediblər. Məsələn, ölünün qəbrinin üstünə gül qoymaq. Bu onlardan qalıb. Şamidar mağarasında axtarış edən alimlər görüblər ki, məzarların çoxunda gül qalıqları var.

Tapılan xeyli sayda uşaq kəllələri göstərir ki, bəzi uşaqlar bu təbii eksperimentdən (kəllə deformasiyası) sağ çıxmayıblar. Amma kifayət qədər tarixi şəxsiyyətlər sübut ediblər ki, kəllə deformasiyasından sağ qalmaq da olur. İndi də Afrikanın bəzi qəbilələrində bu, gözəllik simvolu hesab edilir.
Həmsöhbətimizin dediyinə görə, bu muzeyə uşaqların gətirilməsi qadağandır...

- Muzeyimiz tək tədris məqsədli deyil, buraya müxtəlif kollektivlər də gəlir. Amma nəzərə almaq lazımdır ki, bura çox kiçik uşaqları gətirmək olmaz. İlk anatomiya muzeyləri intibah dövründə yaranmağa başlayıb. Modern anatomiyanın banisi Andrey Vezalinin işlərindən sonra maraq artdı, daha çox muzeylər yaranmağa başladı. Bunların çoxu isə əyləncə məqsədi daşıyırdı. Hətta anotomik teatr da var idi.
Gəldik kafedranın Anomaliya şöbəsinə. İçəri girəndə, Anar bəyin də dediyi kimi, müxtəlif formalı cansız, əcaib körpələr görürük, balonlarda.

- Bu gördüyünüz siam əkizləridir. Bu isə hidrosefaliya, yəni beyin mədəciklərinə həddən artıq mayenin yığılmasıdır.

Bu, professor Malinovskinin böyrəyi və sidik kisəsidir. Böyrəyinin biri inkişafdan qalıb və o, sidik kisəsinin xərçəngindən vəfat edib.

Bu da təpəgöz. Anomaliya müxtəlif səbəblərdən yarana bilər. İndi bu hallar çox az olur, döl ana bətnində olanda ultrasəs müayinə vasitəsilə onun inkişafdan qalması haqda məlumat əldə etmək mümkün olur. Hamiləliyin qarşısı alına bilər. Keçmişdə isə bu imkanlar yox idi. Hətta mənbələrdə deyirlər ki, belə doğulan uşaqları xüsusi olaraq saxlayırlarmış, teatrlarda istifadə etmək üçün.

Anensefali var. Yəni beynin olmamağı və onurğa kanalının arxadan yırtığı. Bunlar başın beyin hissəsi inkişaf etməyənlərdir. Təsəvvür edin, bunların hamısı həqiqi, təbii eksponatlardır. Heç biri kukla deyil.

Sən demə, elə anomaliyalar var ki, insan onunla yaşaya bilir.

- Məsələn, qadındır, iki uşaqlığı var və bundan xəbərsizdir. Bununla insan yaşaya bilir. Məsələn, beyinsiz insan necə yaşasın? Belə olanları da ya ölü doğulur, ya da doğulandan bir neçə dəqiqə sonra dünyasını dəyişirlər. Bura əyləncə məqsədi daşımır. Elə bilin ki, bura bir qəbiristanlıqdır, hörmət etmək lazımdır. Torpaq qismət olmayanların məkanıdır bura.
Bura isə "Dayaq-hərəkət aparatı muzeyi"dir.

- Müxtəlif yaşlı uşaqların skeletləridir və hamısı təbiidir. Uşaq kəllələri. İnsanın üz kəlləsi beyin kəlləsindən fərqlidir. İnsanın üz kəlləsi beyin kəlləsinin dörddəbirini təşkil edir. Amma yeni doğulanlarda bu nisbət daha fərqlidir. Üz beyin hissədən səkkiz dəfə kiçikdir.

Bizim düşmənlərimiz həmişə deyirlər ki, siz burada yaşamamısınız, burada olmamısınız, gəlməsiniz. Bunlar arxeoloji qazıntılar zamanı akademik Şadlinski tərəfindən Şəki rayonunda müəyyən edilmiş kəllələrdir. Kəllələrin etnik xüsusiyyətləri var. Azərbaycanlı kəlləsi erməni kəlləsindən fərqlidir. Bu tapılan kəllələr isə atəşpərəstlik dövrünə aiddir. Yəni islamdan da əvvəlki dövrə. Tədqiqatlar göstərir ki, həmin kəllələr türkdilli tayfalara məxsusdur. Bu da o demədir ki, ermənilər burada olmayıblar və heç buranı tanımırmışlar. Bu da artıq elmi cavabdır.
Alim deyir ki, müasir insan aclıq dövründə neandertalları yeyib…

- Hannibalizm tarixi boyu olub. Amma bu, müasir insan üçün xarakterik deyil. Müasir insan köpək dişindən istifadə etməyib. Hətta bəzi təkamülçülər deyirlər ki, köpək dişinin qısalması ilə insanın dəri örtüyünün tüksüzləşməsi paralel gedib. Köpək dişi qısalırsa, bu o deməkdir ki, bu canlı az aqressivdir. Onu da deyim ki, müasir insan aclıq dövründə neandertalları yeyib. Hannibalizm indi də bəzi vəhşi tayfalar tərəfindən davam edir. Həyatın qaydası budur da.

Kafedra rəhbəri deyir ki, klassik anatomiya dərsləri meyit üzərində keçirilməlidir. Andrey Vezalini gecə meyiti qəbiristanlıqdan çıxardıb öz evində yarırmış və öz yatağında saxlayırmış ki, birdən görən olar. Bu hərəkətin cəzası ağır idi. O cəzanın da qurbanı oldu. Onun ölüm günü oktyabrda Dünya Anatom Günü hesab olunur. Heç kəs tərəfindən də tanınmadan öldü. Yalnız bir tələbəsi onu tanıyıb, dəfn etdi...
Dəhlizdə yan-yana düzülmüş çoxlu dibçək var...

Sən demə, formalin preparatları çox olduğu üçün bura çoxlu gül-çiçək qoyulur ki, oksigen bərpa edilsin. Preparatların, demək olar ki, hamısı zəhərlidir.
Anar bəy deyir ki, tək problemləri meyit azlığıdır...

- Bizim tək yaralı yerimiz meyitlərin azlığıdır. Bu bir yandan da sevindirici haldır ki, maddi durum düzəlib, kimsəsiz adamlar, demək olar ki, qalmayıb.
Alim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTOAlim: "Tək yaralı yerimiz meyit azlığıdır" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3082   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər

Ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyalarından illər sonra ağciyər xərçənginin yaranma ehtimalı mövcuddur. xəbər verir ki, bu barədə "Science Daily" məlumat yayıb. Tədqiqatçılar müəyyən ediblər ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun hüceyrələrinin strukturunu dəyişərə

17 mart
.

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Ad insanın kimliyidir. Laki

22 mart
.

Dəfnə yarpağı sayəsində milyonlar qazandı

Moskva sakini çantasındakı dəfnə yarpağı sayəsində 2,8 milyon rubldan çox (33 min dollardan çox) pul udub. Rusiya mediasına istinadən xəbər verir ki, qalibin sözlərinə görə, o, oyun üçün kortəbii olaraq üç 60 rublluq bilet alıb - onlardan biri şanslı olub. "Cüzdanımda bir dəfnə yarpağı və bir a

22 mart
.

Everesti fəth etmək istəyən alpinistlərə YENİ QAYDA

Everest zirvəsini (8848.86 m) fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən (6 400 - 6 750 m) yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar. xəbər verir ki, bu barədə "The Himalayan Times" qəzeti xəbər yayıb. Nepal hakimiyyəti tərəfində

17 mart
.

Dolğun üzlü qadınlar üçün ən yaxşı saç kəsimləri

Dolğun üz formasına malik qadınlar şaquli xətlər yaradan yüngüllük və həcm qatan saç kəsimləri seçməlidirlər. bu saç kəsimlərini təqdim edir:. Saç düzümü görünüşünüzü tamamilə dəyişdirə bilər. Üz cizgilərinizi vurğulaya, daha ahəngdar bir görünüş yarada və hətta sizi daha gənc göstərə bilər. Üz formanız

18 mart
.

Böyük Britaniya Kralı III Çarlz özünü DJ kimi sınadı

Böyük Britaniya Kralı II Çarlz Mançesterdəki mədəniyyət mərkəzlərindən birində DJ pultu arxasına keçib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata əsasən, kral gənclərlə görüş çərçivəsində, "King's Trust" fondunun fəaliyyətinin 50 illiyi münasibətilə Uorrinqton və Mançeste

18 mart
.

Ev bitkiləri isti hissini azaldır və havanı təmizləyir

İnsanlar həyatlarının təxminən 90%-ni evdə, ofislərdə, məktəblərdə və ticarət mərkəzlərində keçirirlər. Bununla yanaşı, ev bitkilərinin mikroiqlimə təsiri hələ də şəhər parkları və küçə ağaclarının təsirindən xeyli az öyrənilib. Qaynarinfo xəbər verir ki, Surrey Universitetinin geniş tədqiqatı Böyü

16 mart
.

102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib. xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb. Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətənda

17 mart
.

Bir dəqiqəyə sındırılır: "Android" əməliyyat sistemi olan cihazlarda kritik boşluq aşkarlandı

Bütün "Android" əməliyyat sistemi istifadəçiləri üçün həyəcan siqnalı verilib. xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, istifadəçilərə smartfonlarında və digər cihazlarında müəyyən parametrlərdən birini təcili yoxlamaları tövsiyə olunur. Məlumatd

21 mart