Muzeylərimizdə ən bahalı əsərlər hansılardır? – Zinət əşyaları, əl işləri...

Muzeylərimizdə ən bahalı əsərlər hansılardır? – Zinət əşyaları, əl işləri...Bu günlərdə dünya Fransanın Luvr muzeyində məşhur "Mona Liza" əsərinin üstünə tort atılması xəbəri ilə səksəndi. O "Mona Liza" ki, 500 ildir böyük mütəfəkkirlər ünvanına müxtəlif sirlər yaraşdırır və sonra da bu sirləri çözməyə çalışırlar. "Mona Liza" qalın şüşə divarların arxasında saxlandığı üçün tort parçası ona zərər verə bilməzdi, amma muzey bir daha əsərin daha diqqətlə qorunması üçün təhlükəsizlik tədbirlərini gücləndirdi. Zarafat deyil, mütəxəssislər hazırda bu əsərin 2 milyard avro qiyməti olduğunu düşünürlər. Hətta bir neçə il öncə "Mona Liza"nın 1600-cü ildə çəkilmiş dəqiq surəti Parisdəki "Artcurial" satış evində hərraca çıxarılaraq 230 min dollara satılmışdı.

Bu arada bir maraqlı faktı da demədən keçmək istəməzdim. Çində istənilən rəsm əsərlərinin surətini çıxartmaqla məşğul olan bir kənd var. Həmin kəndin insanları son 5 ildə ancaq "Mona Liza"nın surətini yaratmaqla məşğuldur. Bütöv bir kəndin insanları bu əsəri Vinçi kimi dəqiqliklə çəkir və öz texnikalarını dünyadan gizli saxlayırlar. "Mona Liza" bütöv bir kəndin ilham və qazanc mənbəyi olmağa davam edir.

Bəs bizim muzeylərimizdə "Mona Liza" qədər bahalı olmasa da qiymətli eksponatlar varmı, varsa necə qorunur?

Öncə qeyd edək ki, Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir.

Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Dünyada ilk Xalça Muzeyi Azərbaycanda yaradılıb. Kolleksiyası Ginnesin Rekordlar Kitabına salınmış Miniatür Kitab Muzeyi də Bakının qismətinə düşüb.

"Azərbaycan Xalça Muzeyi"nin sərgi zallarında və fondunda tunc dövründən bu günümüzə qədər olan dövrü əhatə edən 13 min 300-dən çox eksponat qorunub saxlanılır. Muzeydən Lent.az-a verilən məlumata görə, burda qorunan iki qədim milli xalçanı – XVII əsr Qarabağ məktəbinə aid "Əjdaha xalçası" və XIX əsr Şirvan məktəbinə məxsus "Salyan xiləsi"ni muzeyə Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts hədiyyə edib. Xalça Muzeyinin digər qiymətli eksponatı XVIII əsrə aid "Xilə Əfşan"dır. Əsli Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan "Şeyx Səfi" xalçasının surəti də böyük maraqla qarşılanır. Muzeydən xalçalrın qiyməti barədə dəqiq məlumat verilməsə də qeyd edilir ki, burda zinət əşyaları, əl işləri, qədim parça və tikmə növləri də qorunur və hər eksponatın qorunma şərti özünəməxsusdur.

Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Azərbaycanda Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar Kompleksi, Möminə Xatun məqbərəsi və başqa abidələri misal çəkmək olar.

Ən bahalı muzeylərimizdən olan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında 18000-ə yaxın eksponat qorunur. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çoxlu sayda orijinal nümunələri sərgilənir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələri müxtəlif hərraclardan əldə edilib və ya kolleksiyaçılar tərəfindən hədiyyə olunub. Muzeyin eksponatları dəfələrlə dünya turlarına da çıxıblar. Məsələn Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə bizim muzeyin eksponatları sərgilənib və maraqla qarşılanıb.

Muzeydən ən bahalı eksponatın qiymətinin nə qədər olması barədə məlumat verilmədi. Çünki bu maddi olduğu qədər də, mənəvi dəyər hesab olunur.

O ki qaldı, əsərlərin mühafizəsinə, şəxsən özüm muzeydə gəzərkən eksponatlara toxunmağın mümkünlüyünü müşahidə etdim. İstənilən əsərə toxunmaq da mümkündür, "tort atmaq" da. Tamaşaçı az, muzey böyükdür deyə gələn qonaqların heç də hamısı ilə nəzarətçilər yaxından maraqlanmır, kənardan müşahidə ilə kifayətlənirlər. Bu anlamda muzey təhlükəsizlik tədbirlərini gücləndirsə, daha yaxşı olar. Əlbəttə müşahidə kameraları var, amma eksponata zərər dəydikdən sonra hərəkətə keçmək gec ola bilər. Təbii ki, muzey eksponatlarına zərər verməyin ağır cəzası da var.

Muzey haqqında qanuna görə, muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi və qorunması dövlət tərəfindən həyata keçirilir. Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji və rabitə vasitələrinin kəsilməsi qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1338   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021