Şəhid anasını söyən müəllim həbs edildi
Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.
Rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.
Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.
O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.
Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.
Maraqlıdır, görəsən Füzuli rayon təhsil şöbəsinə hansı qanun imkan verir ki, psixoloji problemi olan birinin muəllim işləməsinə əmr versin?
Xatırladaq ki, şəhid anası ilə "müəllim" arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1272 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə Bakıda zeytun bağları yanıb
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb
21 avqust8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqustXətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı
30 avqustKişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO
İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb
27 avqustBakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustSilahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü
Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumat
19 avqust