Sükan arxasında huşunu itirən qadının ayağı əyləcdə qaldı... - Təhlükəli anlar anbaan kamerada - VİDEO
Sükan arxasında huşunu itirən qadın ayağının əyləcdə qalması səbəbindən maşını qarşı yola çıxıb. Digər sürücülər və yoldan keçənlərin sayəsində faciə yaşanmadan avtomobili saxlamaq mümkün olub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva vilayətində baş verib. RF DİN hadisənin baş verdiyi anın görüntülərini yayıb.
Kadrlardan minik avtomobilin arxasınca gedən yük maşınının sürücüsünün yoldakıları əvvəlcə siqnalla, sonra isə qışqıraraq sözlə baş verənlər barədə xəbərdarlıq etdiyi görünür. Sonda o, kömək edənlərə maşının təkəri altına daş və ya başqa bir şey qoymaları barədə göstəriş verir, yalnız bundan sonra maşını saxlamaq mümkün olur.
Qeyd edək ki, maşını dayandırdıqdan sonra qapıların kilidləndiyi aydın olub, bu səbəbdən müfəttiş arxa qapının pəncərəsini sındırdıqdan sonra mühərriyi söndürə bilib. Qadın xəstəxanaya yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1180 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulPitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyulMəhkəmə binası qarşısında silahlı insident: 2 nəfər yaralanıb - VİDEO
Türkiyənin Adana vilayətinin Kozan rayonunda məhkəmə binasının qarşısında iki qrup arasında baş verən silahlı insident nəticəsində 2 nəfər ayağından yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində silahlı qarşıdurmaya çevrilib. Tərəfləri
8 iyulQonaq gözləyən ailənin evinə ilan gəldi - VİDEO
Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda qonaq gözləyən ailənin evinə ilan daxil olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Başkaya məhəlləsində baş verib. Sönmez ailəsi evdə qonaq qarşılamaq üçün hazırlıq görərkən, isti hava səbəbindən otaqları havalandırma
7 iyulAtasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə ya
10 iyul11 yaşlı uşağa timsah hücum etdi, atasının müdaxiləsi həyatını qurtardı
ABŞ-ın Florida ştatında atası ilə balıq ovuna çıxan 11 yaşlı Brodi Terri timsahın hücumuna məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Umatilla şəhərində baş verib. Məlumata görə, Brodi tutduğu balığı yenidən suya buraxmaq istəyərkən təxminən 2,6 metr uzunluğunda timsah qəfil suyun altında
9 iyul