Araq içdikdən neçə saat sonra maşın sürmək olar?

Araq içdikdən neçə saat sonra maşın sürmək olar?Sərxoş halda avtomobil idarə edən sürücülər yol polisi tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün min bir bəhanə gətirirlər. Bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmaqlarını deyirlər. Hətta onların arasında "rəis, dünən içmişəm, axı mən "piyan" deyiləm?" deyənlərə də rast gəlmək olar. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşən sərxoş sürücülər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.

Bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

Bu barədə Modern.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib.

"Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promille spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promille spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil", - A.Əsgərli vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi setfikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir:

"Ola bilər ki, vətəndaş səhər saatlarında müəyyən qədər spirtli içki qəbul edib və axşama kimi onun orqanizmində spirt qalmayıb. Həmin şəxsi sərxoş adlandırmaq olmaz. Sürücünü DYP əməkdaşı xüsusi cihazla yoxlayır və heç bir problem aşkarlamırsa, o, yoluna davam edə bilər. Burada ikinci versiya da ola bilər. Axşam toy məclisində həddindən artıq spirtli içki qəbul edib, səhər saatlarında avtomobil idarə edirsə, müayinə zamanı onun orqanizmində spirtin miqdarı normadan artıq olacaq. Bu zaman həmin sürücü cərimələnir".

Ekspertin fikrincə, sürücü az miqdarda spirtli içki qəbul etmiş olsa, xüsusi klinikaya gedib orqanizmində spirtli içkinin aşkar olunmaması ilə bağlı arayış ala və həmin arayışı DYP əməkdaşına təqdim edə bilər:

"Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan halda sürcünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər".

Xatırladaq ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib. Nəticədə səkkiz nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2022-ci ilin yanvar-mart aylarında isə sərxoş sürücülərin iştirakı ilə üç hadisə baş verib. Qəzalar zamanı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2768   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr