"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?

"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?
Bir çoxumuz uşaqlıq dövründə və hətta indi də "Love is" saqqızından çıxan şəkilləri heç olmasa bir dəfə görmüşük. Bu şəkillərdə "Sevgi..." yazılır və ardınca bu anlamın nə olduğunu izah edə biləcək kiçik hekayələr canlanır. Bunu dünyada, demək olar ki, uşaqdan böyüyə hamı bilir. Ancaq çoxu karikatura qəhrəmanlarının real insanlar olduğundan xəbərsizdir.

Milli.Az bildirir ki, qız - Yeni Zelandiyalı rəssam Kim Qrov, qara saçlı oğlan isə onun həyat yoldaşı, italiyalı Roberto Kasalidir.

Bu cütlüyün gözəl və kədərli hekayəsi 1970 illərdə bir çoxlarının qəlbini titrədə bilmişdi.

Kim adlı qız 19 yaşında dünya turuna çıxır. Los-Anjeles şəhərində olarkən təsadüfən italiyalı gənc oğlanla qonşu olur. Qız ona aşiq olur. Amma öz hisslərini əsmər italyana deməyə utanır. Əvəzində Kim özünə xobbi tapır - özünü və italyan sevgilisinin şəkillərini çəkir və hər dəfə onlara kiçik şərhlər yazır, məsələn: "Sevgi... o, bilmədən də sevməyi bacarmaqdır".

Günlərin bir günü Roberto Kasali bu şəkilləri görür, qızın təfəkküründən ilhamlanaraq Kimlə ünsiyyət qurur və ona dəlicəsinə aşiq olur. Kim isə hər gün şəkilləri çəkməyə və yeni şərhlər yazmağa davam edir.

Onların həyatı sanki nağılı xatırladır. İllər keçir, cütlüyün övladları dünyaya gəlir. Sevgi hekayələrinə isə yeni personajlar...

Artıq cütlük o zaman üçün populyar ola bilir. Kimin çəkdiyi şəkillər ən nüfüzlü qazetlərdə çap olunur, bu hekayə barədə verlişlər efirə gedirdi.

Amma 1975-da Kim və Robertonun ailə xoşbəxtliyi sarsılır: Kimin sevgilisində son mərhələdə xərçəng tapılır. Bu, cütlük üçün böyük bir zərbə olur. Rəssam "Love is..." seriyası üzərində işini təxirə salır və özünü tamamilə ərinə qayğı göstərməyə həsr edir. O, sevgilisinin yanında xəstəxanada günlər və gecələr keçirdi... Təəssüf ki, əməliyyat müsbət nəticə vermədi və 1976-cı ildə Roberto dünyasını dəyişdi, "Love is..." şəkillərində isə yalnız qız və məzar daşı qaldı...

İllər sonra Kim də dünyasını dəyişir. Onun "Love is..." komiks işini oğlu Stefano və rəssam Bill Espri davam etdirir.

Maraqlı faktlardan biri də odur ki, Sovet İttifaqında bu komikslər "Love is..." saqqızları ilə 90-cı illərdə məşhurluq tapır. Stefano va Bill uzun müddət Türkiyənin "Dandy" şirkətinin "Love is..." saqqızının onların komiksləri üzərində istehsal etdiklərini bilmir. Onlar bu barədə sadə bir təsadüf nəticəsində xəbər tutur. 2008-ci ildə Rusiya qəzetlərindən birinin müxbiri müsahibə almaq üçün rəssama zəng edir və Bill, saqqızdan olan şəkillər sayəsində Rusiyada məşhurlaşdığını təəccüblə öyrənir...

Uzun sürən məhkəmələrdən və danışıqlardan sonra Türkiyənin "Dandy Sakız" fabrikini dünyanın ən tanınmış şirkətlərindən olan "Mondelez International" küllü-miqdarda vəsait əldə edir və rəsmi olaraq saqqızın buraxılmasını bərpa edir. (publika.az)
"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3111   Tarix: 27 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021