"Mən onu daim izləyirdim" – "Paşinyan" danışdı

"Mən onu daim izləyirdim" – "Paşinyan" danışdı"Yolda görəndə "Paşinyan gəldi, Paşinyan gəldi" deyirlər. Qorxurdum ki, məni buna görə vurarlar da".

Bu sözləri Lent.az-a hamının "Paşinyan" kimi tanıdığı aktyor Anar Almazov deyir.

- Uşaqlıqdan kino sahəsinə marağım olub. Çoxlu kinoya baxırdım. Universitetə qəbul olunandan sonra kino sahəsinə yönəldim. Əvvəlcə "Zaman" teatrında aktyor kimi işləməyə başladım. Yavaş-yavaş kinolar da ikinci rejissor kimi çalışdım. İndi də həm aktyor, həm də rejissor kimi işləyirəm.
- Müharibə dövründə Paşinyan obrazı ilə gündəmə gəldiniz. Bunun tarixçəsi nədir? Necə oldu belə bir addım atdınız?

- Mən 15 ildir "Azərbaycanfilm" kinostudiyasında çalışıram. Bir gün çəkiliş qrupumuzda olan iş yoldaşım üzüm tüklü vəziyyətdə şəkilimi çəkdi.
Bir də gördüm həmin oğlan Paşinyanla şəkilimi yan-yana birləşdirib atıb mənə. Özüm də hiss elədim ki, çox oxşayırıq. Amma dedim paylaşmayın. Elə oldu ki, bu şəkil yayıldı. Həmin vaxt mən "Komedixana"da rejissor işləyərdim.

Mənim şəkilimi ssenarist Ənvər Abbasov gördü. Aparıb Murad Dadaşova göstərib deyib ki, Paşinyan obrazını canlandırıb, yumoristik çəkilişlər edək.

Biz başladıq müharibə dövründə hər həftə efirə bu tip videoları çəkib verdik.Onu da deyim ki, həmin şəkil 2010-cu ildə çəkilib.

- Bəs, bu addımı insanlar necə qarşıladı?

- Düzü, mən bu obrazı canlandırmaq istəmirdim. O vaxt Məlik Dadaşov da "Fəryad" filmində erməni yaraqlı obrazı canlandırmışdı. Özü danışırdı ki, tamaşaçılar yaxşı qarşılamayıb. Deyirdi ki, yolda gedəndə biri qapaz vurur, biri söyürdü.

Mən də buna görə istəmirdim. Amma əksi oldu. Yenidən "Fəryad" filmi çəkildi. Mən o obrazı canlandırdım. Bu videolarımı erməni saytları da paylaşmışdı.
- Yolda sizi görəndə necə reaksiya verirlər? Heç "qapaz" vuran olub?

- Yolda görəndə pis reaksiya vermirlər. "Paşinyan gəldi, Paşinyan gəldi" qışqırırlar. Uşaqlar, böyüklər hamısı yaxınlaşıb şəkil çəkdirirlər.

İnsanların müsbət qarşılamasının səbəbi də Paşinyanı lağa qoymağımızdı. Videolarda onu alçaldırdıq. Ona görə də insanlara, necə deyərlər, ləzzət elədi.

- Paşinyanı obrazı ilə bağlı başqa təkliflər almısız?
-Hə, çox olub. İkinci dəfə "Fəryad" filmi çəkiləndə orda canlandırdım. Sonra bir internet kanalı var idi, ordan təklif elədilər. Belə çox olub. Çalışmışam ki, "Paşinyan" obrazı ilə gündəmdə olmayım. İstəmirəm ki, onunla reklam olum.

- Anar bəy, çəkilişlərə necə hazırlaşırdınız? *

- Paşinyanın bütün çıxışlarını izləyirdim. Hakimiyyətə necə gəlib, mitinqlərdə, dövlət tədbirlərində necə hərəkət edir hamısına fikir verirdim. Təbii alınması üçün çox çalışırdım. Paşinyanın hərəkətlərini özümünküləşdirirdim.
Elə olurdu ki, çəkiliş qrupumuzda uşaqlar bir səhnəni neçə dəfə canlandırmağımı istəyirdilər. Çünki çox gülürdülər. Elə indi də dostlar arasında güldürmək üçün canlandırıram. Amma çəkilişdəki kimi gülməli olmur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3277   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr