Dərman preparatlarını corabında gizlədərək keçirmək istədi - VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Moderator.az-a verilən xəbərdə bildirilir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Istanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan Respublikası vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd "Gemtu 1000 mg/10 ml" və sağ ayağındakı corabın içindən 5 ədəd "Gemtu 1000 mg/10 ml", həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə "İrontu 100 mg/5 ml", "Gemtu 1000 mg/10 ml", "Docetu 80 mg/4 ml" markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.
Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan karsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən "Gemtu 1000 mg/10 ml", "İrontu 100 mg/5 ml" və "Docetu 80 mg/4 ml" markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb. Ümumilikdə, 3 nəfər şəxsin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1254 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyulPartlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü i
10 iyulArıqlamaq istəyən gənc qadın diş fırçasını uddu
Türkiyənin İstanbul şəhərində 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən ehtiyatsızlıqdan 13 santimetr uzunluğunda diş fırçasını udub. xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra vəziyyəti pisləşən qadın yaxınları tərəfindən Kanuni Sultan Süleyman Təlim və Araşdırma Xəstəxanasın
7 iyul13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub
10 iyulMetroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyul