Özünü polis kimi təqdim edənlər adam oğurlayıb - 50 min tələb ediblər

Özünü polis kimi təqdim edənlər adam oğurlayıb - 50 min tələb ediblərBakıda adam oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 1973-cü il təvəllüdlü Mirəfşar Seyidov 12 il 6 ay, 1982-ci il təvəllüdlü Ruslan Qədirov və 1984-cü ildə anadan olmuş Orxan Babayev isə hər biri 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mirəfşar əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, sonuncu dəfə cəzaçəkmə müəssisəssində olanda orada tanış olduğu şəxsin Buzovnada yaşayan Tərlan adlı əmisi oğlu barədə eşidib. Həmin şəxs əmisi oğlu Tərlanın maddi imkanının yaxşı olduğunu, sıxışdırıldığı halda ondan pul almağın mümkün olduğunu deyib. Bundan sonra Mirəfşar Tərlandan pul almağın yollarını fikirləşib. O, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu öyrənib özünü polis kimi təqdim edərək onu qaçırmaq və həbs ediləcəyi ilə təhdid edib, pul almaq barədə plan qurub. Bu məqsədlə Mirəfşar Bülbülə qəsəbəsində yaşayan qonşusu Orxan və Ruslanın xidmətindən istifadə edib.

Beləliklə, onlar yanvarın 5-də Tərlanın yaşadığı evə gəliblər və özlərini polis kimi təqdim edərək əmisi oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını, onun da onlarla birgə Yasamal raon Polis İdarəsinə getməli olduğunu deyiblər. Tərlan polis olduğuna inandığı həmin şəxslərin gəldiyi "Hyundai Tucson" markalı avtomobilə oturmağa razılaşıb. Yolda olarkən Orxan, Mirəfşar və Ruslan növbə ilə sükan arxasına keçiblər və Tərlanın gözlərini bağlayaraq onun da narkotik vasitələrin dövriyyəsi əməllərinə görə axtarışda olduğunu və həbs ediləcəyini deyiblər. Bundan sonra həmin şəxslər maşını Suraxanı rayonu istiqamətinə sürərək Mirəfşarın evinə gəliblər və Tərlanı qapalı otağa salaraq gözlərini açıblar. Onlar Tərlandan buraxılması üçün əvvəlcə 50 min, daha sonra 10 min manat tələb ediblər. Girov götürülən şəxs isə polis olduğunu düşündüyü şəxslərə 5 min manat verə biləcəyini deyib.

Məhkəmədə ifadə verən Orxan Babayev deyib ki, Tərlan dayısı oğluna zəng edərək pul istəyib: "Tərlan öz telefonu ilə dayısı oğluna zəng edərək "zibilə düşdüyünü, qumarda 5.000 manat pul uduzduğunu, təcili olaraq, həmin məbləğdə pulu taparaq, ona zəng etməsini" bildirdi. Daha sonra Mirəfşar Tərlana həmin məbləğdə pulun tapılmalı olduğunu, onun heç kimdən qorxmadığını deyərək evində əkdiyi marixuana kollarını göstərdi".

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan və Orxan planın Mirəfşar tərəfindən tərtib edildiyini bildiriblər. Onlar qeyd ediblər ki, Tərlanın dayısı oğlu yanvarın 5-də gecə saatlarında 5 min manatı avtomobillə köhnə "Komomol" dairəsi adlanan əraziyə - Bakı Dövlət Sosial İqtisad Kollecinin qarşısında gətirərək verib və Tərlanı 6 saata yaxın davam edən girovluqdan sonra sərbəst buraxıblar.

Hadisədən təxminən 15 gün sonra isə Tərlan onu aparan şəxslərin əslində polis olmadığını öyrənib və Daxili İşlər Nazirliyinə müraciət edib.

Tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (adam oğurluğu – qabaqcadan əlbir olan şəxslər tərəfindən və tamah məqsədilə törədildikdə) maddələri ilə iş açılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1202   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi

17 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr