Nostradamusları, vanqaları dövriyyəyə kim buraxır? - Gizli məqsəd

Nostradamusları, vanqaları dövriyyəyə kim buraxır? - Gizli məqsədSon illər maraqlı bir trend yaranıb. Olacaq və olmayacaq hadisələri öncəgörənlərlə bağlayırlar. Məsələn, Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi barədə siyasətçilərdən daha çox öncəgörənlər danışır. Və yaxud COVİD -19, meymunçiçəyi və digər pandemiyalar barədə ÜST yox, öncəgörənlər fikir bildirir.

Ən qəribəsi də odur ki, bu proqnozları çox zaman artıq dünyasını dəyişmiş məşhur öncəgörənlərin adları ilə verirlər.

İstənilən böyük siyasi hadisələrdən əvvəl və sonra Nostradamus və Vanqa kimi müxtəlif adamların guya bir zamanlar söylədiyi proqnozlar dövriyyəyə girir. Əlaqələndirməyə çalışırlar ki, baxın, bu hadisə haqqında filan sənədə Nostradamus və ya Vanqa belə demişdi, indi baş verir.

Sonxeber.az bildriir ki, məsələ ilə bağlı bizim.media-ya danışan tanınmış politoloq Cümşüd Nuriyev bunun arxasında çox ciddi maraqlar durduğunu söylədi. O qeyd etdi ki, bu cür proqnozlar böyük dövlətlərin "mətbəxində" hazırlanır:

"Böyük dövlətlər hansı layihələr hazırlayırlarsa və 6 ay, bir il sonra həyata keçirəcəklərsə bu layihələr barədə mif yaratmaq istəyirlər. Həmin mifi də Rusiya daha çox Vanqa ilə, Qərb isə Nosdradamusla bağlayır. Beləliklə də dərin dövlətin hazırladıqları layihələri cəmiyyətə təqdim edirlər. Bununla həm cəmiyyəti olacaqlara hazırlayırlar, həm də layihənin testini aparırlar. Bir müddət keçdikdən sonra isə bu kəşfiyyat və ya beyin mərkəzlərinə bağlı olan media da ortaya çıxıb deyir ki, bir zamanlar Vanqa və yaxud Nosdradamus bunu demişdi. Bu artıq bir trenddir".

Cümşüd Nuriyev bu trendi gündəm eliyənin isə daha çox xristian ölkələrinin olduğunu vurğuladı:
"İslamda bundan istifadə olunmur. Çünki, "Qurani-Kərim"də Allah-Təala Peyğəmbərə (s.ə.a.s) buyurur ki, "məndən gələcəyi soruşma. Gələcək haqqında səndən soruşanda da "heç nə bilmirəm" de".

Allah-Təala gələcəyin bilinməsini istəmir. Çünki, insan gələcəkdə onu hansı bəla gözlədiyini bilsə günü bu gün ürəyi partlayar. Yəni Böyük Yaradan bəndələrini o qədər çox sevir ki, onların hansısa psixoloji sarsıntı belə keçirməsini istəmir.

Onu ölümə belə sevə-sevə aparır. Ona görə də islamda insan nə zaman öləcəyini bilmir. Ona görə də hər kəs hər günü dolu yaşayır. Amma xristianlıqda bunun tam əksidir. Öncəgörmələrdən böyük dövlətlər ustalıqla istifadə edirlər. Hətta dövlət çevrilişlərini və müharibələri bununla bağlayırlar. Amma yaxşı haldır ki, bu trend zəifləyib. Artıq adamlar daha əvvəlki kimi öncəgörmələrə inanmır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1887   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr