Nüvə silahı qədər təhlükəli məhsullar: Ölümcül qidalardan necə xilas olaq?

Nüvə silahı qədər təhlükəli məhsullar: Ölümcül qidalardan necə xilas olaq?"GMO nədir?" sualının cavabı maraqla araşdırılan və sorğulanan mövzular arasında qalmaqda davam edir. Geni dəyişdirilmiş orqanizm mənasını verən GMO bir çox qidada olur.

Bəs GMO nədir? GMO məhsulları hansılardır?

GMO laboratoriya şəraitində canlının genetik xüsusiyyətləri dəyişdirilərək əldə edilir. Bu şəkildə qidalar həşərat kimi müxtəlif canlılara qarşı davamlı olur və bu qidaların dadı, qoxusu, ölçüsü və rəngi fərqlidir. Bu məhsullar ölkəmizə də çoxdandır ayaq açıb və uzun müddətdir ki, piştaxtalarda onlara rast gəlirik.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, GMO dünyamız üçün üç böyük təhlükəni yaxınlaşdırır:

"Bunlardan biri insan sağlamlığına genetik şəkildə toxuma səviyyəsində sarsıdıcı zərbədir və elmi tərəfdən də dəfələrlə sübuta yetirilib. İkinci tərəf, təbiətə vurduğu ziyandır ki, bu bitkilərin əkildiyi torpaqlar tamamilə sıradan çıxır və faydalı, münbit elementlər məhv olur, həmin ərazilər genetik zibilliyə çevrilir. Üçüncü tərəf də dövlətin GMO toxum istehsalçılarından asılı vəziyyətə düşməsi, bir sözlə dövlətin ərzaq təhlükəsizliyi məsələsidir. Onlar bizə istədikləri zaman toxum satmaya, qiyməti qaldıraraq ölkəni pis vəziyyətə sala bilərlər.

İndiyə qədər GMO məhsullar Azərbaycanda qadağan idi. Lakin bir neçə ay öncə "Qida təhlükəsizliyi haqqında" yeni qanun qəbul edildi. Bu kimi qanunlar Ümumdünya Ticarət Təşkilatının, həmçinin qlobal korporasiyaların layihələridir. Həmin qanunla GMO məhsulları və yemlərinin istifadəsinə icazə verildi. Biz məsələ ilə əlaqədar petisiyalar etsək, məsələ qaldırsaq da, ictimai dəstək az oldu. Petisiyaya dəstək verən deputatlar da var idi, lakin nəticə dəyişmədi.

Beynəlxalq elmi mərkəzlərin araşdırmalarına görə, GMO məhsulların fəsadları daha çox ikinci nəsildə özünü büruzə verəcək. Yəni bu məhsulların uşaqlarımıza olan təsirlərini görəcəyik. Sonsuzluq, genetik kodların dəyişməsi, psixologiyadakı fəsadlar kimi bir çox xəstəliklərə səbəb olacaq. Məsələn, siçovul geni vurulan pomidoru yeyən insan bilavasitə həmin geni qəbul etmiş olacaq".

Ekspert əlavə edib ki, yerli toxum fondlarını qoruyub saxlaya bilmədiyimiz üçün meyvə və tərəvəzlərdə təbii məhsullara rast gəlmək mümkün deyil:

"Azərbaycanda GMO məhsulları indiyə qədər qadağan olunsa da, geniş miqyasda tətbiq edilib. Həm idxal olunub, həm əkilib, həm də satılıb. Heç bir dövlət qurumu da bu qanunun tələblərini zərrə qədər də olsa yerinə yetirməyib. Bundan sonra isə həmin qlobal təşkilatların rahat şəkildə ölkəni zəhərləyib məhv etmək imkanları rahatlaşır. GMO məhsullarından qorunmaq üçün bu kimi qidalardan istifadəni şəxsi olaraq dayandırmaq lazımdır. Lakin mən cəmiyyətimizdən bunu gözləmirəm. Çünki biz aldığımız məhsulun qiymətinə və görünüşünə önəm veririk. Onun nə dərəcə təhlükəli olduğunu isə ümumiyyətlə düşünmürük".

E.Bayramlı vurğulayıb ki, cəmiyyət olaraq bu təhlükədən qorunmaq imkanımız yoxdur:

"GMO məhsullar ölkəyə gəldikcə yerli istehsal sıradan çıxır. Çünki yerli məhsulun maya dəyəri bir qədər bahadır. Bir sözlə, GMO məhsullarının ölkədə ayaq açması ilə iqtisadiyyatımız, xalqımızın sağlamlığı məhv olur, ərzaq təhlükəsizliyimiz asılı vəziyyət düşür. Nüvə müharibəsi istisna olmaqla dünyada bundan dəhşətli problem yoxdur. Bu, birbaşa bioloji terrordur və biz bundan tam olaraq müdafiəsizik".

Aparılan araşdırmalara görə, GMO xüsusilə hamilə qadınların qanında və həmçinin döldə aşkar edilib. Bu qidalar insan orqanizmində tamamilə parçalana bilməz. Allergik xəstəlikləri olan insanlarda hətta öldürücü təsir göstərə bilər. İnsanda hormonal sistemi pozur. Onun bəzi heyvanlara mənfi təsiri ekosistemə də zərər verir. Antibiotik istifadəsi zamanı onun təsirini azaldır. Küləklə təbii növlərlə qarışaraq biomüxtəlifliyə ziyan vurur. Bitkinin tərkibindəki zəhər kökləri ilə torpağa keçir və bu da ekoloji problemlər yaradır. Ona görə də indiyə qədər aparılan araşdırmalardan da anlaşıldığı kimi, GMO-nun istifadəsi həm təbiətə, həm də canlılara ciddi ziyan vurur.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2387   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr