Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur".

Sonxeber.az xəbər verir ki, bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı Oxu.Az-a açıqlama verən ilahiyyatçı Elşad Mahmudov deyib.

Qeyd edək ki, avqustun 8-i Məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Hər il olduğu kimi, bu il də Aşura günü ilə bağlı müzakirələr var. Bəzi iş yerləri Aşura günü ümumiyyətlə bağlı olacaqlarını bildiriblər. Bir qismi isə yalnız 12-də bağlanacaq. Bir çoxları həmin gün işləməyin günah olduğunu, haram sayıldığını bildirirlər.

Aşura günü işləmək həqiqətənmi günahdır?

İlahiyyatçının sözlərinə görə, bu gün Məhərrəm ayında keçirilən məclislər şiə məzhəbinin sonradan ortaya qoyduğu adət-ənənələrə dayanır:

"Ümumiyyətlə, həmin gün keçirilən məclislər çox fərqlidir. İslam dini adı altında ortaya qoymaq düzgün deyil. Çünki islam yalnız şiəlikdən ibarət deyil. Məhərrəm ayı islamda olmayan şəkildə, məzhəbin özünə uyğun tərzdə keçirilir. Və bunu islam adı altında təqdim etmək olmaz. Başqa ölkələrdə bu adət-ənənələr yoxdur. İslamda məhərrəmlikdən 10 gün əvvəl və ya sonra yas saxlamaq ənənəsi də yoxdur".

E.Mahmudov qeyd edib ki, siyasi və ictimai məsələni dinə uyğunlaşdırıb, islamdan saymaq özü belə, doğru deyil:

"Bu o dövrün siyasi məsələsidir. O qədər qətliamlar törədilib ki, gərək biz bütün 365 gün yas saxlayaq. İslamda olmayan qayda-qanunlara bağlamaq olmaz. Dini nöqteyi-nəzərdən yanlışdır. Məhərrəmlik deyə bir şey yoxdur. Mübarək günlərdən biridir. O gün oruc tutulan gündür. Nə qədər yas tutmaq olar ki... İslam yas dini deyil. Bunu təbliğ etmək lazımdır. İki ay toy etmirlər. Camaat evlənmək istəyir".

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə doktor Əhməd Niyazov isə əlavə edib ki, islamı ifrata aparmaq düzgün deyil:

"Aşura - islam məzhəbinin matəm olaraq qeyd etdiyi bir hadisədir. Dində belə bir şey yoxdur. İşləmək heç bir halda qadağan deyil. Dindən olmayan sözlərlə insanın həyatına müdaxilə etmək olmaz. İslam prinsiplər gətirib. Bu günə qədər ənənəvi islam necə gəlmişdisə, biz onu qorumalıyıq. Bunu ifrat həddinə çatdırmaq olmaz. Dini məkrli siyasətə alət etmək heç də dindən deyil".

Ə.Niyazov söyləyib ki, Məhərrəm ayından 10 gün əvvəl və sonranın hüznlə yaşanması adət halını alıb:

"İfratdan qaçmaq lazımdır. İslam dininin prinsipləri Quran surəsində gəlib çıxıb. Bu, dinlə bağlı deyil. 10 gün əvvəl və sonra hüzn ayı kimi yaşanması adət halını alıb. Həmin adətlərə, insanlara ehtiramlı davranmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2201   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021