Polisdən ƏMƏLİYYAT: "Patı" satan narkotacir saxlanıldı
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb.Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri "Whatsapp" vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.
Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı onun həmin ünvanda narkotik tərkibli bitkiləri yetişdirmək üçün xüsusi laboratoriya hazırladığı məlum olub. Belə ki, xüsusi işıq sistemləri, eləcə də digər avadanlıqlarla təchiz edilmiş həmin laboratoriyadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1337 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqustDİN MƏLUMAT YAYDI! Axtarışda olan 135 nəfər SAXLANILDI
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
29 avqustQonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqustŞəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən
22 avqustNövbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu
22 avqust"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc
30 avqust