Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTO

Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTO"İspaniyada doğulub, orada yaşasaq da, hər zaman evimizdə doğma dilimizdə danışırıq. Buna görə də heç bir zaman dilimizi və millətimizə olan sevgimizi itirmədik".
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu sözləri bu gün Ağdamda Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərov İmarət sarayını ziyarət edərkən media nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailəsi hər zaman azərbaycançılığı yüksək səviyyədə təbliğ edib. 21 yaşının olduğunu deyən qonaq İspaniyanın Arabada şəhərində anadan olduğunu bildirib. Sonradan valideynlərinin Madridə köçdüyünü qeyd edən M.Əkbərov hazırda bu şəhərdə kriminalistika fakültəsinin 3-cü kursunda təhsil aldığını vurğulayıb.

"Atamın babası Ağdama köçmüşdü və burada bir nömrəli məktəbdə direktor kimi fəaliyyət göstərib. O, həm də müəllim idi. İspaniyada yaşamağımıza baxmayaraq, evdə hər zaman Azərbaycan dilində danışırıq. Ona görə də mən öz ana dilimi yaxşı bilirəm. Bizdə hər kəsin ən böyük arzusu işğaldan azad olunmuş yerləri gəlib görməkdir", - M.Əkbərov bildirib.

M.Əkbərov İspaniyada Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə iştirak etdiyini media nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanla bağlı bu ölkədə keçirilən bütün tədbirlərdə mütəmadi olaraq iştirak edir.

Pənahəli xanın nəslinin davamçısı vurğulayıb ki, hər zaman Xocalı soyqırımının tanınması və bu kimi bütün tədbirlərin iştirakçısı olub: "Azərbaycana gəlişimə görə, Heydər Əliyev Fonduna və Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Onların təşkil etdiyi "Şuşa lll Yay Düşərgəsini" iştirak etdim. Biz 55 xarici ölkədə yaşayan 116 nəfər Şuşaya gəldik. Mənim üçün Şuşada olmağın ayrı bir şərəf hissi var. Çünki bizim nəslin kökü Şuşada olduğu üçün, böyük bir sevinc hissi yaşadım. Eyni zamanda, Şuşanı gəzərkən kədərlənib kövrək hisslər yaşadım. Dağıdılan abidələr, xarabalığa çevrilmiş evləri gördüm. Orada indi insanların xatirələri yaşayır. Yol boyu hərəkət etdikcə bu yerləri azad edən şəhidlərimizin fotolarını gördüm, çox duyğulandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah bərpa işləri başa çatdıqdan sonra hər kəsin öz yurdunda yaşamasını düşündükcə adamda sevinc və fərəh dolu hisslər yaranır. Ağdama gəlməyim isə tamamilə fərqli bir hiss yaşatdı. Buraya gəlib Pənahəli xanın, onun oğlanlarının İmarətini görmək çox böyük qürurverici hisdir. Mənim valideynlərim də gəlmək istəyirlər. İnşallah ki, qısa müddətdə onlar da gələr. Çox istərdim ki, Ağdamda, Şuşada bir evim olsun. Ailəmlə gəlib burada yaşayım".

M.Əkbərov Ulu babasının inşa etdirdiyi Şahbulaq qalasını da ziyarət edib.
Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTOPənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2350   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur

Qış qarderobunun əvəzedilməzi olan palto və yun sviterlərdəki tiftiklənmə problemi xüsusi təmizləyici aparatlara pul xərcləmədən, mətbəxdəki sadə bir vasitə ilə həll olunur. xəbər verir ki, tiftik rulonları və ya xüsusi cihazlar olmadan paltarların ilkin görünüşünü qaytarmağın yolu demək olar ki, hə

18 oktyabr