Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladı

Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladıBakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində barələrində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılmış 25 yaşlı Mehdixan Ağayev və onun qayını Ramil Salmanova hökm oxunub.

Mehdixan 2 il 6 ay, Ramil isə 2 il müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırması zamanı bildirilib ki, hadisə bir neçə ay əvvəl Xətai rayonu M.Hadi küçəsində yerləşən "Natural" aptekdə baş verib. Aptekin müdiri Azər Qulamov (bütün soyadlar şərtidir) realda olduğundan qat-qat çox satışın olduğunu görərək araşdırma aparıb və aptekdəki kameraları yoxlayıb. Bu zaman məlum olub ki, aptekin ətriyyat bölməsində satıcı işləyən Günel Ağayeva özbaşına olaraq post-terminal vasitəsilə alış-veriş olmadığı halda çoxsaylı satış çekləri çıxarıb. O, həmin çeklər vasitəsilə öz telefonuna yazdığı proqrama ƏDV-nin müəyyən edilmiş hissəsini geri qaytarıb. Bundan sonra aptek müdiri satıcını çağıraraq məsələni araşdırmaq istəyib.

Azər Qulamov ifadəsində deyib: "Aptekdə işləyən Günelin əmək müqaviləsi olmadığından ondan dəfələrlə şəxsiyyət vəsiqəsi tələb edilsə də, əvvəlcə vəsiqəsinin rayonda olduğunu deyirdi, daha sonra vəsiqəni gətirsə də, bir həftədən sonra xəstəliyi ilə əlaqədar müalicə almaq üçün gedəcəyini, qayıtdıqdan sonra əmək müqaviləsi bağlayacağını bildirdiyindən onunla razılaşdım. Bir qədər sonra şirkətdən zəng edib aptekdə avtomobil satıb-satmamağımızı soruşaraq gün ərzində reallıqda satılmamış mallardan 30 000-75 000 manat olmaqla ümumi 670 000 manat dəyərində kassa çekinin vurulduğunu bildirdilər.

Kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etdim. Onu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədiyimizi, bizə böyük ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəyimi və bu məsələnin bitəcəyini bildirdi. Günel dediklərimi inkar etdi, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini dedim. Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif etdi və heç bir bonusun olmadığını dedi. Həmin vaxt digər işçilər Günelin telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirdilər. İşçilər də Günelə görüntülərdəkinin onun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getdi. Mən aptekdən çıxdıqdan sonra Günelin əri zəng edərək telefonu istədikdə ona aptekdə olmadığımı, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını dedim".

Bundan 1 gün sonra aptek müdiri işə gəldikdən sonra Günelin əri Mehdixan və qardaşı Ramil oraya gəlib. Azər həmin şəxslərə satıcının etdiyi hərəkətə görə 8 min manatadək əlavə pul ödəməli olduqlarını deyib və çeklərin geri qaytarılması təqdirdə bu məsələnin həll edilə biləcəyini deyib. Lakin həmin şəxslər israrla Günelə məxsus olan "Samsung" markalı telefonu tələb ediblər və münaqişə yaradıblar. Münaqişə zamanı Mehdixanla Ramil aptek müdirinə və onun otağında olan Natiq adlı şəxsə xəsarətlər yetirərək qaçıblar. Aptek işçiləri tərəfindən ilki tibbi yardım göstərildikdən sonra hər iki şəxs xəstəxanaya çatdırılıblar.

Məhkəmədə Azər Qulamov təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenə pisləşdiyini və yenidən əməliyyat olunmalı olduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2353   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

16 yaşlı qız xəstəxananın tualetində doğuş etdi: Körpəni zibil qutusuna atdı - VİDEO

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı H.E.Y.-nin tualetdə doğuş etdiyi və yeni doğulan qız körpəsini zibil qutusuna qoyduğu iddia edilir. xarici mediaya istinadla xəbər verir ki, anası ilə birlikdə Erdemli Dövlət Xəstəxanasına gələ

31 avqust
.

Bakıda fərdi yaşayış evi yandı

Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında

29 avqust
.

DİN MƏLUMAT YAYDI! Axtarışda olan 135 nəfər SAXLANILDI

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

29 avqust
.

Qonşu davası qanlı bitdi

Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi

26 avqust
.

Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü

Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada

21 avqust
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22 avqust
.

Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ

Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu

22 avqust
.

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc

30 avqust
.

Çeşməyə yaxınlaşan qadın gördüklərinə inana bilmədi: "İlk dəfə belə bir şey görürəm" - VİDEO

Bir vətəndaşın qarşılaşdığı jetonla işləyən xeyriyyə çeşməsi təəccübə səbəb olub. xarici mediaya istinadla xəbrə verir ki, sistemi görən vətəndaş çeşmədən istifadə etmək üçün jetondan yararlanılmalı olduğunu görərək təəccübünü videoya çəkib. O, bu sistemin xeyriyyə anlayışına nə dərəcədə uyğun olduğun

28 avqust