Prezident: "Rusiya-Ukrayna müharibəsi nəticəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər kəskinləşir"
"Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil:
"Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Ancaq prinsip etibarilə torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir".
"Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur", - deyə Prezident İlham Əliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBankların beş ayda əldə etdiyi xalis mənfəətin həcmi açıqlandı
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 837.5 milyon manat təşkil edib. Bildirili
25 iyunAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunEldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. -a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb
3 iyulNaxçıvanda yüksək vəzifəyə təyinat
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini
5 avqustAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayQızıl bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
18 iyulSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqust