Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğu

Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğuAzərbaycanda təhsil alan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqda təqsirləndirilən Pakistan vətəndaşı Mustafa Ghulamın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Tələbə kimi Bakıya pənah gətirən pakistanlı gəncin hansı üsulla oğurluq etməsi ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları təqdim edib.

İttihama görə, Mustafa Ghulam Pakistan vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib. O, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib.

Həmin hesablarda olan pul vəsaitləri ilə bir sıra internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını edib. Sonra qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pulla satışını həyata keçirib.

2022-ci ilin yanvar ayının ortalarından etibarən məhsulların bir hissəsini metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki mobil telefon satışı məntəqələrinə rəsmi sənəd əsasında orta bazar qiymətindən ucuz satıb. Nağd şəkildə əldə etdiyi pulun bir hissəsini qazanc kimi özünə götürüb. Digər hissəsini isə cinayətkar qrupun başqa bir üzvünə göndərib. Həmin məbləği müştərilərinin hesablarından pul vəsaitləri oğurlanmış xarici ölkə banklarının etiraz sorğusu əsasında geri qaytarılmasını təmin edib.

İş üzrə zərər ümumilikdə 228 418 manatdır.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mustafa Ghulam özünü təqsirli bilməyib. O bildirib ki, Bakıda Rəssamlıq Akademiyasında təhsil alır. Onun sözlərinə görə, Bakı şəhərinə həm işləmək, həm də təhsil almaq məqsədilə gəlib:

"2021-ci ilin oktyabr ayının əvvəllərində Bakıda həmyerlim Sohail Qasımla tanış oldum. 10-15 gün sonra Sohail Türkiyəyə getdi. O, Türkiyəyə getməzdən əvvəl mənə iş təklif etdi. Danışıq zamanı Sohail izah etdi ki, pul verib onlayn qaydada bank kartları alır. Həmin kartlardan da Bakı şəhərində yerləşən dükanlardan alış-veriş edir. Sohail mənə dedi ki, Londonda olan dostu onlayn qaydada sifariş verəcək, mən də gedib həmin məhsulu dükandan götürməliyəm.

Razılaşmaya əsasən, mən məhsulu satıb 5 faiz pulu özümə götürməli, qalan pulu isə Sohailə göndərməliydim. Tələbə olduğumdan pula ehtiyacım vardı, buna görə də Sohailin təklifi ilə razılaşdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Bakıda onlayn satış həyata keçirən dükanlardan aldığı məhsulları qəbul edib metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki telefon dükanına nağd qaydada satıb:

"Əldə edilmiş pul vəsaitini Türkiyədə İstanbul şəhərində yaşayan Sohailə göndərirdim. Pulun böyük bir hissəsi Sohailə çatırdı, bir hissəsini isə mən özümə götürürdüm. Bir müddət sonra pulları toplayıb Sohalinin tapşırığı ilə Bakıdan Pakistana gedən şəxslərlə ailə üzvlərinə yolladım. 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən Sohaillə birlikdə bu işlə məşğul olmağa başladıq. Əsasən elektronika mağazalarının saytlarından onlayn qaydada mobil telefonlar, qulaqcıqlar, makbuklar, notbuklar, PS4 oyun aparatı alırdıq. Məhsulları mənə kuryerlər gətirib müxtəlif ünvanlarda təqdim edirdi. İlk dəfədən məhsulları metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki dükana nağd qaydada satdığım üçün növbəti satışları da həmin dükana edirdim. Bundan əlavə, özüm başqa bir mağaza tapmışdım. Onlara aparıb məhsulları nağd qiymətə verirdim".

Mustafa Ghulam deyib ki, birinci dəfə Sohailin göndərdiyi ünvan ilə Nərimanov rayonu ərazisində yerləşən mağazanın kuryeri ilə görüşüb:

"Tanımadığım həmin kuryerdən 2 ədəd "Samsung Galaxy S21" mobil telefonu, 1 ədəd "Acer" markalı notbuku və bu kimi təxminən 20 000 manat dəyərində bir neçə məhsulu qəbul etdim. Sonra Sohail mənimlə telefonla danışdı. Dedi ki, metronun "Neftçilər" stansiyası tərəfdə telefon dükanlarına yaxınlaşım və həmin mobil telefonların, texniki cihazların ucuz qiymətə satışını həyata keçirim. Mən bir neçə dükanda qiymətlə maraqlandım, sonda isə iki dükana satdım.

Təxminən 70-80 min manat dəyərində məhsul satmışam. Həmin məhsullar dükandan onlayn qaydada baha alınırdı. Lakin, mən həmin malları dəyərindən ucuz satırdım. Buna görə də dəyəri təxminən 70-80 min manat təşkil edərdi. Həmin pulun 5 faizi mənim qazancım olub, qalan hissəsi Sohailə göndərmişəm. Sohailin Pakistanın ASCREE bankındakı hesabı vardı. Pulu həmin bank hesabına köçürürdüm. Kolumbiya, Kanada, ABŞ, Honq-konq vətəndaşlarına aid vətəndaşların hesablarındakı pul vəsaitlərinin oğurlanmasında məlumatım olmayıb. Lakin onlayn satış həyata keçirən dükanlardan məhsul qəbul edib satmışam. Sohail qəbzlərin fotoşəkillərini göndərirdi. Mən də kuryerdən hansı malı qəbul etdiyimi ondan bilirdim".

Məhkəmədə sualları cavablandıran Pakistan vətəndaşı bildirib ki, xarici vətəndaşlara aid bank kartı məlumatlarını kimin və hansı şəkildə ələ keçirildiyini bilməyib.

Mustafa Ghulam istintaqda və məhkəmədə verdiyi ifadələr ziddiyyət təşkil edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadələr elan olunub.

İstintaqdakı ifadəsindən məlum olub ki, təqsirləndirilən şəxs Sohail ilə danışıq zamanı "sən bu pulları haradan əldə edirsən" deyə soruşub. Sohail isə cavabında ona hakerlərin onlayn qaydada oğurlanmış bank hesablarını satdığını, həmin bank hesablarını pul ilə aldığını, burada heç bir problem olmadığını deyib. Sohailin danışığından belə məlum olub ki, o, xarici vətəndaşların bank kartı hesablarını oğurlayaraq pulları nağdlaşdırmaq üçün bu üsula əl atır və onlayn qaydada aldığı malları əldə edib satmaq üçün ona müraciət edir. O, Sohailin bu əməlini başa düşərək birlikdə işləməyə razılıq verib, satdığı hər mala görə 10 faiz pulu özünə qazanc kimi saxlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafa Ghulam 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə, həmçinin, qeyd edilib ki, təqsirləndirilən şəxs cəza müddətini başa vurandan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1462   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

16 yaşlı qız xəstəxananın tualetində doğuş etdi: Körpəni zibil qutusuna atdı - VİDEO

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı H.E.Y.-nin tualetdə doğuş etdiyi və yeni doğulan qız körpəsini zibil qutusuna qoyduğu iddia edilir. xarici mediaya istinadla xəbər verir ki, anası ilə birlikdə Erdemli Dövlət Xəstəxanasına gələ

31 avqust
.

Bakıda fərdi yaşayış evi yandı

Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında

29 avqust
.

DİN MƏLUMAT YAYDI! Axtarışda olan 135 nəfər SAXLANILDI

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

29 avqust
.

Qonşu davası qanlı bitdi

Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi

26 avqust
.

Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü

Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada

21 avqust
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22 avqust
.

Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ

Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu

22 avqust
.

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc

30 avqust
.

Çeşməyə yaxınlaşan qadın gördüklərinə inana bilmədi: "İlk dəfə belə bir şey görürəm" - VİDEO

Bir vətəndaşın qarşılaşdığı jetonla işləyən xeyriyyə çeşməsi təəccübə səbəb olub. xarici mediaya istinadla xəbrə verir ki, sistemi görən vətəndaş çeşmədən istifadə etmək üçün jetondan yararlanılmalı olduğunu görərək təəccübünü videoya çəkib. O, bu sistemin xeyriyyə anlayışına nə dərəcədə uyğun olduğun

28 avqust