Azərbaycanlı hərbi jurnalist ASALA tərəfindən təhdid olunur: "Bizə olduğun yeri de..." - FOTO
Azərbaycanlı hərbi jurnalist, Baku TV-nin əməkdaşı Fərdin İsazadə ASALA erməni terror təşkilatının üzvü tərəfindən təhdid olunub.
F.İsazadənin verdiyi məlumata görə, ona təhqirlə müşayiət olunan təhdid mesajı "Telegram" sosial şəbəkəsi üzərindən daxil olub.
"Mənim üçün bu təhdidlər heç bir əhəmiyyət kəsb etməyən boş sözlərdir. Necə işləmişəmsə, eyni tempdə işləməkdə davam edəcəm. Bu işdə internetin erməni seqmentinin klaviatura "qəhrəman"larına diqqət yetirməyə ehtiyac yoxdur. Necə ki, erməni silahlılar 2020-ci ilin payızında Azərbaycan Ordusuna mane ola bilmədilər, eyni ilə bizim də hadisələri işıqlandırmağımızın qarşısını ala bilməzlər".
Bununla belə, hərbi jurnalist hesab edir ki, belə situasiyalarda ayıq-sayıq olmaq lazımdır, çünki həm erməni cəmiyyətində, həm də erməni separatçıları arasında "incik qalanlar" az deyil.
"Biz Qarabağdan, Şərqi Zəngəzurdan verilişlərimizi necə yayımlayırdıqsa, fəaliyyətimizi eyni şəkildə davam etdiririk. Qarabağda məni hədələyənlərin hər biri ilə şəxsən görüşməyə hazıram, orada daim öz peşəkar fəaliyyətimlə məşğulam, ermənilərin iddia və təhdidlərinə istənilən formada və layiqincə cavab vermək iqtidarındayam".
F.İsazadə sosial şəbəkələrdən istifadə edən ermənilər tərəfindən əvvəllər də təhdid olunduğunu, amma ASALA-dan olan təhdidlə ilk dəfə qarşılaşdığını vurğulayıb.
"Mən bu çağırışı qəbul edirəm. Daim Qarabağa, Şərqi Zəngəzura gedirəm. Azərbaycanlılar ora əbədi qayıdıblar. Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkdik. Biz sosial şəbəkələrdə aktivik və mən ermənilərin təhdidlərini işimizlə bağlı narahatlıqla əlaqələndirirəm".
Fikrinin sonunda azərbaycanlı hərbi jurnalist bir daha vurğuladı ki, təhdidlərə baxmayaraq peşəkar fəaliyyətini gücləndirməkdə davam edəcək.
Mənbə: Caliber.Az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1114 Tarix: 22 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ
İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini
14 aprelİranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf
13 fevralİsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyunErmənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO
"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni
14 fevralİsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb
İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd
17 mart