Nigerdə leysan yağışları 75 nəfərin həyatına son qoyub
Nigerdə iyun ayından bəri davam edən leysan yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşməsi çoxsaylı tələfata gətirib çıxarıb.
Bu barədə çərşənbə axşamı Afrika ölkəsinin mülki müdafiə xidməti məlumat yayıb.
Son məlumatlara görə, leysan yağışlar nəticəsində 75 nəfər ölüb, 102 nəfər xəsarət alıb.
Təbii fəlakət nəticəsində 108 346 nəfər zərər çəkib. Həmçinin, 12700 ev dağıdılıb.
Səlahiyyətlilər ölkə əhalisinə kömək etmək üçün təcili tədbirlər görür. Artıq 628 tondan çox taxıl və un paylanılıb.
Sinoptiklər yaxın həftələrdə güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, Nigerdə yağışlı mövsüm iyundan sentyabrın əvvəlinə qədər davam edir.
Mənbə: TASS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 790 Tarix: 31 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib
ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən ölkənin paytaxtında fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bu, quruma yerl
22 fevralAlmaniyada dövlət qulluğuna qəbulun dondurulması təklif edilir
Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst pula qənaət etmək üçün yeni dövlət qulluqçularının işə götürülməsini müvəqqəti olaraq dayandırmağı təklif edib. "Welt am Sonntag" nəşrinə istinadən xəbər verir ki, bundan başqa, Füst daşınmaz əmlak subsidiyalarının azaldılm
22 fevralNASA Aya uçuş missiyasını təxirə saldı
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) texniki nasazlıqlar səbəbindən Ay missiyası üçün nəzərdə tutulmuş "Space Launch System" (SLS) daşıyıcı raketini "Orion" kosmik gəmisi ilə birlikdə Floridadakı start meydançasından yenidən yığım sexinə qaytaracaq. NASA-nı
22 fevral