" Azərbaycan görüşə sülh müqaviləsinin mətni ilə getməli idi"- RƏY

" Azərbaycan görüşə sülh müqaviləsinin mətni ilə getməli idi"- RƏYAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, görüş məhsuldar olsa da, problemin həlli istiqamətində ciddi bir addım olmayıb:
" Azərbaycan görüşə sülh müqaviləsinin mətni ilə getməli idi"- RƏY"Təbii ki, Avropa Birliyinin təşəbbüsü ilə keçirilən görüşə dəyər vermək lazımdır. Görüş məhsuldar olub, amma əvvəlki görüşlərdəki kimi Ermənistanın qeyri-pozitiv mövqe sərgiləməsi real nəticələrin əldə edilməsinə mənfi təsir göstərib. Yeganə müsbət cəhət ondan ibarət olub ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnini hazırlamaq üçün Xarici İşlər Nazirliyi nəzdində işçi qrupu yaradılacaq. Ermənistan Azərbaycanın prezidentinin 5 şərti əsasında danışıqların davam etməsinə razılıq verib. Ermənistan baş naziri Nikol Paşinyanın "Qarabağın ərazi hüdudları ilə bağlı məsələ gündəmdə qalmalıdır" deyə qəribə açıqlama verib. Bu onu göstərir ki, dolayı yolla olsa da, Ermənistan Azərbaycanın daxili məsələsinə qarışmaq istəyir. Bu beynəlxalq hüquqda Azərbaycanın daxili işinə və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirilməlidir. Baxmayaraq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşdən 2 həftə əvvəl Ermənistanın Azərbaycanın irəli sürdüyü bütün şərtlərlə razılaşdığını və danışıqları bu şərtlər əsasında aparmağa hazır olduğunu bildirmişdi. Nə qədər ki, Ermənistanın mövqeyində Dağlıq Qarabağla bağlı məsələdə tam geri çəkilmə yoxdur, bu, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə rakursunda təsirinin saxlanması deməkdir. Güman edirəm ki, Ermənistanın bu siyasətinə havadarlıq edənlər var. Görüşün Avropa Birliyinin təşəbbüsü ilə keçirilməsi müsbət cəhətdir. Burda tərəflər arasında Dağlıq Qarabağ məsələsi müzakirə predmenti deyil və Avropa Birliyi bunu anlayır. Avropa Birliyinin vasitəçilik etməsi onun geosiyasi marağından irəli gəlir. Bu, heç də o demək deyil ki, Avropa rəsmi Moskva ilə müqayisədə problemin ədalətli həllində maraqlıdır. Sadəcə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə geosiyasi reallıqları əhəmiyyətli şəkildə dəyişib. Bu reallıqlar Rusiyanı qane etdiyi halda, ABŞ və Avropanı qane etmir. Xüsusilə, bu gün Qərb və Rusiya arasında yeni dünya nizamı ilə bağlı qarşıdurmanı nəzərə alsaq, Avropanın enerji sahəsində Azərbaycana verdiyi önəm başqadır. Yəni, Avropa Azərbaycanı haqlı olduğuna görə deyil, Azərbaycanın neft və qazına ciddi ehtiyacı olduğuna görə bu məsələnin həllinə maraqlıdır.
Azərbaycan prezidenti məlum 5 şərt əsasında təkliflərini irəli sürmüşdür. Azərbaycan Xarici İşlər Nazirliyi həmin sülh müqaviləsinin mətnini hazırlayıb dövlət başçısına təqdim etməli və belə bir görüşə sülh müqaviləsinin mətni ilə getməli idi. Bu mətni də Ermənistan hökumətinin nəzərinə çatdırmalı idi. Ermənistan bəhanə edib ki, sülh müqaviləsinin mətnini hazırlamaq üçün işçi qrupu yaradılmalıdır. Biz bunu çoxdan hazırlamalı idik. Çünki prezidentin bu məsələ ilə bağlı mövqeyi vardı. Bu, bir daha onu göstərir ki, Xarici İşlər Nazirliyinin rəhbərliyində ciddi islahatların getməsinə baxmayaraq, prezidentin dediyi kimi, hələ də hücum mövqeyində deyil. Prezidentin 5 şərti əsasında müqavilə hazırlana bilərdi. Bundan ötrü növbəti görüş üçün Ermənistana bəhanə vermək lazım deyildi.
Bütün hallarda görüş məhsuldar olsa da, problemin həlli istiqamətində ciddi bir addım olmayıb. Avropa ilə müqayisədə Rusiya, İran və Türkiyənin proseslərə təsiri imkanları əhəmiyyətli dərəcədə yüksəkdir. İran və Rusiya xarici işlər naziri arasında keçirilən görüşün nəticələri bağlı verilən açıqlamalar da bunu sübut edir. Söhbət şimal-cənub nəqliyyat dəhlizlərinin açılması, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin bərpası məsələsindən gedir ki, region dövlətləri arasında qərb qolunun açılması ilə bağlı razılıq əldə olunub. Qərb qolu Hindistana, şimal-cənub Gürcüstana gedən yoldur, şərq qolu isə Rəşt-Astara dəmiryolunun açılması ilə bağlıdır. Burda da tərəflər ilk növbədə Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmalıdır.Görünür ki, müəyyən razılıqlar var. Fakt onu göstərir ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar sülh və sabitliyin yaranmasında daha böyük imkanlar yarada bilər. Qərb özü də başa düşür ki, Rusiyanın bölgəyə təsir imkanları Avropa ilə müqayisədə yetərincə çoxdur. Çünki Rusiya təkcə iqtisadi-siyasi anlamda deyil, həm də hərbi ampulada imkanlara malikdir. Çünki onun Gürcüstanda da, Ermənistanda da hərbi bazası var. Azərbaycana da sülhməramlı adı ilə yeritdiyi hərbi qüvvələr göstərir ki, Rusiyanın təsir imkanı böyükdür. Qərb Rusiyanı qabaqlamaq və təsirini daraltmaq üçün cəhdlər edir. Bu, Avropa Birliyinin Azərbaycana olan diqqət və qayğısından irəli gəlmir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5966   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr