Bu ölkədə naməlum xəstəlikdən 3 nəfər öldü
Argentinada həftə ərzində naməlum mənşəli pnevmoniyadan 3 nəfər ölüb.
Sonxeber.az-ın Lent.az-a istinadla xəbərinə görə, ölüm halları ölkənin cənubundakı Tukuman şəhərində qeydə alınıb.
Xəstəliyə tutulan 9 nəfərdən səkkizi eyni xəstəxanada işləyir. Laborator analizlər zamanı onlarda Covid-19, qrip, hantavirus (gəmiricilərdən keçən virus) aşkar edilməyib. Analiz nümunələri təkrar yoxlanmaq üçün paytaxt Buenos Ayresdəki Mərkəzi laboratoriyaya göndərilib.
Argentina Səhiyyə Nazirliyi bildirir ki, patologiyanın səbəbi naməlum virus ola bilər. Bu məqsədlə xəstəxananın su sistemindən və kondisionerlərdən nümunələr götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 860 Tarix: 02 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlaşır
Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev bildirib. "ABŞ ilə Arktikada əməkdaşlığa hazırlaşırıq", - o, "X" sosia
21 dekabrAİ Gürcüstanla vizasız səyahət rejimini dayandıra bilər
Avropa Komissiyası Gürcüstanla vizasız səyahət rejiminin tamamilə dayandırılmasını nəzərdən keçirir. xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi saytında dərc olunmuş hesabatda bildirilir. Qeyd olunub ki, bu addım Gürcüstan hökumətinin Aİ demokratik normalara riayət etmək tələblərinə və 2017-c
21 dekabrZelenski: "Seçki üçün lazımi infrastruktur yaradılır"
Ukrayna Prezidenti Volodimir Zelenski seçkinin iki amildən - təhlükəsizlik və qanunvericilikdən asılı olduğunu qeyd edib. Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu açıqlamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə keçirdiyi mətbuat konfransında verib. "Əlbəttə ki, xaricd
21 dekabr