Türkiyədən Qarabağın qisasını alırlar - Yücel Karauz

Türkiyədən Qarabağın qisasını alırlar - Yücel KarauzBiz hər şeydən öncə böyük rəsmi təsəvvür etməliyik. Rusiya və Ukrayna, Kosova və Serbiya, İranla bağlı bəzi məsələlər, Amerika və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi bu rəsmin bir parçasıdır.

Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Yunanıstanı qızışdıranlar Türkiyənin bir neçə cəbhədə müharibəyə cəlb olunaraq zəifləməsini istəyirlər:

"Bir neçə gün öncə Zəfər Bayramının yüzüncü ilini qeyd etdik. Yunanıstanı ölkəmizə qarşı qızışdıranlar bizim yüz ildir ki, qələbəmizi həzm edə bilmirlər. Çünki əgər qalib gəlsəydilər, İngiltərə, İtaliya və Fransa kimi Anadolunu böləcəkdilər. Türkiyə isə yalnız orta Anadoludan ibarət ölkə olacaqdı. İndi də Türkiyə ilə Yunanıstan arasında müharibənin olmasını istəyirlər. Bunun arxasındakı güclər hansılardır? Birincisi ABŞ, ikincisi Fransa, üçüncüsü müharibələrin olmasına çalışan silah baronları, dördüncüsü hazırda daxili problemlərinə başı qarışdığı üçün qismən Almaniya və bunların siyasi, həm də dərin uzantılarıdır. Bu nöqteyi-nəzərdən baxdığımız zaman Türkiyənin yalnız daxili işlərlə məşğul olan ölkə kimi yaşamasını, əlini-ətəyini, könlünü, gözünü Liviyadan, Qafqazlardan çəkməsini, İraq və Suriyada separatçı terror təşkilatlarının qansızlığına, məzhəb təməlli bir dövlətin qurulmasını yalnız seyr etməklə kifayətlənməsini istəyirlər. Bəhs etdiyimiz məqsədə çatmağın da yolu Türkiyəni bir neçə cəbhədə müharibə aparan dövlət halına gətirməkdir. Məsələn, Moskva ilə münasibətlərimizi alt-üst etmək üçün bir neçə il öncə FETÖ-nün oyunu nəticəsində Rusiyanın təyyarəsi vuruldu. Dolayısı ilə dəfələrlə xəbərdarlıqlara və haqsız olduğu sübut olunmasına baxmayaraq, Yunanıstan öz təxribatlarına davam edir. Afina illər öncə S-300-ləri alıb. S-300 və S-400 arasında texnoloji fərqlər olmasına baxmayaraq, sistem və prinsip baxımından heç bir fərq yoxdur. F-35-ləri verməyənlər və F-16-ları verməmək üçün də min bir bəhanə axtaranlar Türkiyənin təyyarələrinin sistemlərini kilidləmək məqsədilə S-300-ləri döyüş hazırlığı vəziyyətinə gətirən Yunanıstana səslərini çıxarmırlar. Afinaya NATO-nun təhlükəsizlik kodlarının başqalarının əllərinə keçmə təhlükəsi haqqında xəbərdarlıq edən, onu təşkilat nizamnaməsinə uyğun şəkildə cəzalandıran yoxdur".

General bəzi dövlətlərin Türkiyədən Qarabağın, Liviyanın qisasını almaq üçün Afinanı qızışdırdıqlarını, lakin Ankaranın öz maraqlarını və hüquqlarını qorumaq üçün heç nədən çəkinməyəcəyini vurğulayıb:

"Əlavə olaraq qeyd etmək istəyirəm ki, Makronun da ifadə etdiyi kimi, Ərdoğanın Putinlə danışa bilən yeganə lider olmasından, eyni zamanda Ankaranın məsuliyyəti öz üzərinə götürərək taxıl dəhlizinin açılmasından narahatdırlar. Türkiyə də Azərbaycan kimi qurulan tələlərə, oyunlara uymadan diqqətli şəkildə və beynəlxalq hüququ pozmadan akiv diplomatiya vasitəsilə özünün milli maraqlarını qorumağa çalışır. Fikrimcə, NATO bundan sonra da Yunanıstana təxribatçı əməllərinə görə heç bir sanksiya tətbiq etməyəcək. Çünki təşkilatı ABŞ idarə edir. Əvvəl parçalanma təhlükəsi ilə qarşılaşan NATO indi Vaşinqtonun sözü ilə oturub-duran təşkilata çevrilib. Bu, batmaqda olan Yunanıstan baş nazirini öz parlamentində danışdıran, ona qarşılıqsız 40 milyard dollar və silah sistemləri verən zehniyyətdir; Bu, eynilə Almaniya örnəyində olduğu kimi, Yunanıstanın bir qismini NATO çətiri, digər qismini ABŞ çətiri altına yığan anlayışdır. Hazırda Yunanıstanda NATO-nun hərbi bazalarından əlavə ABŞ-ın da yeddi hərbi bazası var. Belə davam etsə, onların sayı ölkədəki yunan hərbi hissələrinin sayını keçəcək. Bütün hallarda Türkiyə dövləti özünün təhlükəsizlik maraqlarını qoruyacaq və haqlarını müdafiə edəcək. Əsas olan qurulan tələlərə düşmədən hədəflərə nail olmaqdır. Türkiyədən Vətən müharibəsində qardaş Azərbaycana verdiyi dəstəyə və Liviyada haqsızlığın qarşısında durduğuna görə qisas alırlar. Böyük rəsmi belə görməli və anlamalıyıq. 9 sentyabrda İzmirin işğaldan qurtulmasının 100-cü ili tamam olur. Yüz il bundan öncə Şanlı Ordumuz İzmirdə işğalcı yunan ordusunu dənizə tökdü. Əgər ağıllarını başlarına yığmasalar, bu dəfə də fərqli yerlərdə yağlı bir Osmanlı şilləsi yeyəcəklərindən və eyni aqibəti yaşayacaqlarından əmin olsunlar".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1859   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17 oktyabr
.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18 oktyabr
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18 oktyabr
.

Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah

18 oktyabr