Çin yaxın kosmos üçün günəş enerjisi ilə işləyən PUA-sını sınaqdan keçirib
Çin günəş batareyaları ilə işləyən "Qimingsin-50" (QMX-50) Yerə yaxın kosmosda uçuşlar üçün Pilotsuz Uçuş Aparatını (PUA) uğurla sınaqdan keçirib.
Bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasına (AVIC) istinadən "Sinxua" agentliyi məlumat verib.
Korporasiya bildirib ki, birinci Təyyarə Quruculuğu İnstitutu AVIC tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli kosmosa yaxın PUA ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığında havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib.
Qeyd olunur ki, bu, yaxın kosmos üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işləyən ilk aparatdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1000 Tarix: 04 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail-İran qarşıdurması kritik həddə - Trampdan İLGİNC MÖVQE
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bundan bi
8 iyunAlla Puqaçova məhkəmədə qalib gəldi
Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib. -ın məlumatına görə, bu barədə müğənninin maraqların
7 iyun"ChatGPT"dən tarixi REKORD
Bazar araşdırma şirkəti Sensor Tower-ın məlumatına görə, OpenAI-ın hazırladığı "ChatGPT" tətbiqi 2026-cı ilin may ayında 1 milyard aylıq aktiv istifadəçi həddini keçib. Bununla da "ChatGPT" bu göstəriciyə ən qısa müddətdə çatan tətbiqlərdən biri olub. Onun əsas rəqiblərindən ola
7 iyun