Bəy və gəlin toya gələnlərdən görün nəyə görə 10 dollar istəyir?
Bəy və gəlin qonaqlardan toylarının keçirildiyi əraziyə daxil olmaq üçün 10 dollar (170 manat) ödəməyi və özləri ilə stul gətirmələrini tələb ediblər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, amerikalı 23 yaşlı gənclər toya çox pul xərcləməmək üçün mərasimi təbiət qoynunda keçirməyə qərar veriblər.
Buna görə də cütlük dəvət olunan 20 nəfərə deyiblər ki, şənlik keçirəcəkləri əraziyə giriş pullu olduğuna görə 10 dollar ödəməli olacaqlar. Gəlinin bacısı bunu biləndə əsəbiləşərək onu xəsis adlandırıb.
Bəy bu qəribə toy qaydasını sosial şəbəkədə paylaşaraq istifadəçilərdən reaksiya öyrənmək istəyib. Bir çox izləyici gəlinin bacısının sözlərini dəstəkləyib.
İstifadəçilər "bəli, "McDonald's"da toy etməyi üstün tuturam", "mən toyumda qonaqların nəsə üçün pul ödəməsini təsəvvür edə bilmirəm" və s. bu kimi şərhlər yazıblar.
Qeyd edək ki, bundan əvvəl Hindistanın Haryana ştatında Nişa adlı gəlinin qohumlarının gətirdiyi pul və zinət əşyalarını götürüb toydan qaçması müzakirələrə səbəb olmuşdu. Sonradan məlum olub ki, qız biri ilə ailə qurarkən artıq başqa gənclə qaçaraq ailə həyatı qurub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1720 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrMeksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrİran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabr