Əsgərlərin sümüklərini qəbirdən çıxarıb şəkər zavoduna satdılar
Vaterlo döyüşü yəqin ki tarix kitablarından çoxlarının yadındadır.
Lent.az-ın xəbərinə görə, 18 iyun 1815-ci ildə Belçikanın paytaxtı Brüsselin 20 kilometrliyində baş vermiş bu döyüş Fransa imperatoru I Napoleaonun sonuncu ağır məğlubiyyəti oldu.
Təkcə bir gündə həm Fransa, həm də onun rəqiblərinin itkiləri 20 mini keçdi. Ümumi olaraq 4 gündə 60 minə yaxın əsgər və 7 min başdan çox at öldü.
Bura qədər hər şey qaydasındadır. Müəmmalı olan hal başqadır.
Məsələ burasındadır ki, ərazidə 100 ildir davam edən arxeoloji qazıntılarda üst-üstə 300 skelet tapılmayıb. Hətta ingilislərin "qardaşlıq məzarı" deyildiyi ərazidə cəmi 1 skeletr aşkar edilib. Bəs bu necə olur?
Əvvəllər deyilirdi ki, cəsədlərdən gübrə istehsalında istifadə edilib. Lakin o dövrdə belə texnologiya olmadığı üçün iddia təsdiqini tapmayıb.
Bu günlərdə isə daha dəhşətli bir faktın üstü açılıb.
"Lepoint.fr" saytı yazır ki, 1747-ci ildə bir alman kimyaçı çuğundurdan şəkər almağın qaydasını kəşf etsə də sənaye üsulu ilə şəkər hasilatı 1811-ci ildə Fransada reallaşıb.
Səbəb də sadə idi: Britaniya donanması Napoleonun Antil adalarından şəkər daşımasına mane olduğu üçün, impterator bu sahədə tədqiqatlara ciddi pul ayırır.
Bu prosesdə isə heyvan sümüyündən istifadə edilirdi.
Sümüklər havasız şəraitdə qızdırlaraq kömürləşdirilir və ondan "heyvan kömürü" deyilən toz şəklində qara maddə alınırdı. Bu maddə şəkərin ağardılması üçün isifadə edilirdi. Nəzəri olaraq yalnız heyvan sümüklər.
1820-ci ildə Vaterlo ətrafında şəkər plantasiyaları və zavodlar çoxaldıqda pulsuz kəndlilər asan qazanc yolu tapırlar. Müharibənin izləri hələ itməmişdi, qəbir yerləri bilinirdi.
Onlar da həm əsgər, həm də at sümüklərini qazıb çıxararaq şəkər zavodlarına satır və həyatlarını təmin edirdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3860 Tarix: 06 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti
17 oktyabrUşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18 oktyabrİran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabrABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17 oktyabr