"Kız Kulesi" sökülür? - AÇIQLANDI

"Kız Kulesi" sökülür? - AÇIQLANDIİstanbulun məşhur tarixi abidələrindən biri "Kız kulesi"nin sökülməsi barədə yayılan iddialar müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, bir vətəndaşın yenidənqurma işləri aparılan qalanı çəkib paylaşması insanlar arasında narahatlıq və təəccüb yaradıb. İddialara görə, qala sökülüb yerində iaşə obyekti tikiləcək.

Türkiyənin Mədəni Abidələr və Muzeylər Baş İdarəsinin bu barədə açıqlamasında deyilir ki, abidə bundan sonra muzey kimi istifadəyə veriləcək:
"1940-cı illərdə qalada baş verən yanğından sonra döşəmə, nərdivan və damına dəmir-beton əlavə edilib. Lakin ərazidə professorlar Zeynep Ahunbay, Feridun Çılı, Han Tümertekin ilə İstanbul Texniki Universiteti və Fatih Sultan Mehmet Vakıf Universiteti arasında restavrasiya ilə bağlı yeni layihə və sənədlər hazırlanır. Qalanın terras-konus hissəsi zəlzələyə qarşı ehtiyat tədbiri almaq üçün qaladan çıxarılacaq. 2023-cü ildə cümhuriyyətin 100 yaşının tamam olduğu vaxtda "Kız Kulesi" tarixi və mədəni dəyərinə uyğun şəkildə bir muzey olaraq insanlara xidmət edəcək".

Hətta abidənin yenidən qurulandan sonra necə görünəcəyi barədə foto da yayılıb.
Qeyd edək ki, iki min illik tarixi olan, tarixi sirrini qoruyan "Kız Kulesi" daha çox "Kurtlar Vadisi" serialından tanınır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1560   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib

ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar

17 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18 oktyabr
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18 oktyabr
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını

18 oktyabr