Övladları Kraliça II Elizabetlə bağlı xatirələrini bölüşdülər: "Birdən gördük ki…"
Kraliça II Elizabetin övladları onun ölümündən sonra maraqlı xatirələrini bölüşüblər.
Bu barədə Britaniyanın "BBC" telekanalı proqram yayımlayıb. Kral Çarlz anası ilə bağlı 1953-cü ildə tacqoyma mərasimindən əvvəlki xatirəsini bölüşüb:
"Həmin zaman 3 yaşım var idi. Vanna otağında idim, birdən anam içəri girdi və mərasimdən öncə tacı qoymaq üçün hazırlıqlar görməyə başladı. Belə gözəl anları heç vaxt unutmayacağam. Anamla istənilən mövzuda danışa bilərdim. Bu mənim ən çox darıxdığım şeylərdən biri olacaq".
Kraliçanın yeganə qızı Anna anası ilə birlikdə ictimai yerlərdə keçirdiyi məqamların özəl olduğunu deyib: "Biz o anlarda çox şey yaşayırdıq və yəqin ki, bu, anamın ən çox həzz aldığı zamanlar idi. Çünki ictimai yerlərdə onun sevdiyi hər şey var idi: kənd, atlar, itlər, sərbəst gəzmək və bir az da xalqın gözündən uzaqlaşmaq".
Kraliçanın kiçik oğlu Şahzadə Edvard film istehsalı tarixində bəlkə də "ən təəccüblü an" kimi təsvir etdiyi xatirəsindən danışıb. Söhbət Kraliça II Elizabetin 2012-ci il London Olimpiya Oyunları üçün stadiona gəlişindən əvvəl yayımlanan videodan gedir.
Belə ki, videoda kraliça Elizabet Bukingem sarayında məşhur məxfi agent "Ceyms Bond" obrazını beş dəfə canlandıran aktyor Daniel Kreyqlə görüşür. O, itləri ilə gəzdikdən sonra vertolyota minərək Olimpiya Stadionuna gedir. 58 yaşlı Şahzadə Edvard həmin anları belə təsvir edib:
"Daniel Kreyq "James Bond" obrazı ilə Bukingem Sarayına girəndə hər kəs kraliçanı kimin oynayacağı ilə maraqlanırdı. Birdən gördük ki, kraliçanı əslində özü canlandırır. İnsanlar həmin zaman təəccüb içində idilər. Anam isə film yayımlanmamışdan əvvəl bunu heç kimlə paylaşmamışdı, ekipajdan kənar heç kimin bundan xəbəri yox idi"./Savash.org
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 818 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrQazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18 oktyabrEkvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü
Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş
18 oktyabrTürkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrPakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
18 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabr