Mental dəyərlərə bağlı adət-ənənələr: Evlilikdə yaşın fərqi varmı?

Mental dəyərlərə bağlı adət-ənənələr: Evlilikdə yaşın fərqi varmı?Diqqət etsək, görərik ki, böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə əsasən kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə olunur. Ancaq qadınların da özlərindən yaşca kiçik olan kişilərlə izdivac qurduqları hallar artmaqdadır. Belə nikahlar cəmiyyətdə heç də birmənalı qarşılanmır və müxtəlif fikirlərin yaranmasına səbəb olur.

İnsanlarda bir düşüncə var ki, kişi qadından mütləq böyük olmalıdır. Kişi qadını idarə etməli, istiqamətləndirməlidir. Bəzən bunu qadınların çox ağıllı olması ilə də bağlayırlar. Düşünürlər ki, qadın kişidən böyük və ya kişi ilə eyni yaşda olmamalıdır. Çünki qadın kişidən daha tez inkişaf edir. O zaman kişi ondan geri qalmış hesab olunar. Doğrusu, heç kişinin qadından kiçik olmasına yaxşı münasibət bəslənmir. Buna bir qayda olaraq hər kəs əməl edir.

Bəs görəsən, bu mentalitetlə bağlıdır, yoxsa başqa məqamlar var? Əslində necə olmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Vüqar Əhməd deyib ki, bu, mental dəyərlə bağlı olan adət-ənənədir:

"Dədə-babadan belə olub. Bu gün az da olsa, hələ də qalıb. Get-gedə o stereotip dağılıb. 30-40 faiz qalıb. Kim kimi sevirsə, onunla da ailə həyatı qurur. Yaş həddinin heç bir aidiyyəti yoxdur. Birinin o birindən kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Bir yerdə onlar yaşayacaqlar. Düzdür, bəzən qızın ailəsi müdaxilə edə bilər. Lakin bəzi hallarda sırf qızın atası imkanlı olduğu üçün oğlan özündən böyük olan qadınla ailə həyatı qurur. Belə hallar da var. Amma o demək deyil ki, hamısı bundan qaynaqlanır. Şəxsi seçimdir. Ona üçüncü adam qarışa bilməz. Yaşın fərqi olmamalıdır".

V.Əhməd qeyd edib ki, ailə belə gənclərin seçiminə müdaxilə etməməlidir:

"Qızların yaşca kiçik olması qədim zamanlardan qaynaqlanıb. İslamda dörd xanımla evlənmək ənənəsi var. Kişinin birinci xanımı böyük olur. Digərləri isə yaşca kiçik olurlar.

Türkmənistanda adət-ənənələrə əməl edirlər. Kişi üç xanımla ailə həyatı qura bilər - böyük xatun, orta xatun, kiçik xatun. Böyük xatun heç nəyə əl vurmur. Orta xatun və kiçik xatun ona tabedirlər. Həyət-bacanı kiçik xatun təmizləyir.

Könül sevən göyçək olar. Qarışmamaq lazımdır. O yaşayacaq da, sən yaşamayacaqsan ki?!"

Psixoloq Gülər Məmmədova isə əlavə edib ki, insanın zəka səviyyəsi daha mühüm faktor hesab olunur:

"Bu cür yanaşmalar fərdidir. Hər kəsin özünəməxsus düşüncələri var. Bir qisim insanların böyüdüyü, tərbiyə aldığı ailədə kişiyə olan yanaşma fərqlidir. Orada böyüyən qız uşaqları hər zaman kişinin yaşca böyük olmalı olduğunu düşünürlər. Evdə hər şey ataya həvalə olunub deyə, təsəvvürləri bu istiqamətdə olur və bu fikirlərlə ailə həyatı qurmağa çalışırlar. Düşünürlər ki, yaşca məndən böyük, təcrübəli, məni hər zaman istiqamətləndirən, qoruyan, idarə edən biri olsun.

İnsan alilik səviyyəsinə çatdıqda, özü-özünü təkmilləşdirib, inkişaf etdikdə artıq onun üçün yaş faktoru önəm kəsb etmir. Bir çox qızlar oğlanın dünyagörüşünə, onun yaşından asılı olmayaraq həyat təcrübəsinə önəm verirlər. Bəziləri isə duyğularla hərəkət edirlər. Fərdi düşüncələri bizim mühakimə etmək ixtiyarımız yoxdur. Hamı təhsil ala, özünü müdafiə edə bilməz ki, bir çoxları sığınmaq naminə ailə həyatı qururlar. Qız uşaqlıqda atasına sığındığı kimi, ailə qurduğu adamı da elə görür. İnsanın böyüdüyü ailədən çox şey asılıdır".

G.Məmmədovanın sözlərinə görə, qızların kişilərdən daha ağıllı olması anlayışı yanlışdır:

"Yaş həddi elə bir incə məqamdır ki, biz nə qədər qayda-qanunu qorusaq da, hər bir insanın öz seçimi var. Elələri var ki, uşaqlıqdan özündən 10 yaş böyük kişi ilə ailə həyatı qurmağı arzulayırlar. Lakin ailə qurduqdan sonra nəticənin bərbad olduğunu görür. Düşüncələri, həyata baxış tərzi mühüm rol oynayır. Burada insani keyfiyyətlər çox mühüm faktordur. Bu məsələlər xarakterdən asılıdır. Yaşla heç nə ölçülmür. Hər kəs fərdi yanaşması ilə hərəkət edir".

Nəzrin Vahid


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2060   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur

Qış qarderobunun əvəzedilməzi olan palto və yun sviterlərdəki tiftiklənmə problemi xüsusi təmizləyici aparatlara pul xərcləmədən, mətbəxdəki sadə bir vasitə ilə həll olunur. xəbər verir ki, tiftik rulonları və ya xüsusi cihazlar olmadan paltarların ilkin görünüşünü qaytarmağın yolu demək olar ki, hə

18 oktyabr