PUTİNİN QAZ ŞANTAJI: KİM DAHA ÇOX ZİYAN GÖRƏCƏK? – "Rusiya Avropaya satmalı olduğu qazın 80 faizini yandırır..."

PUTİNİN QAZ ŞANTAJI: KİM DAHA ÇOX ZİYAN GÖRƏCƏK? – "Rusiya Avropaya satmalı olduğu qazın 80 faizini yandırır..."Son günlər Ukraynada davam edən döyüşlərdə məğlubiyyətə uğrayan Rusiya gözlənildiyi kimi ən önəmli "silahlarından" olan qaz şantajını işə salmağa başlayıb. Kreml bununla Avropanı güzəştə məcbur etməyə çalışır. Kremlin planına görə, mavi yanacaqdan məhrum olan avropalılar qış ayları yaxınlaşdıqca yumşalacaqlar və inadlarından əl çəkib sanksiyaları götürəcəklər.

Amma rusların fikirləşdiyinin əksinə olaraq, qaz nəqlinin kəsilməsi avropalılardan daha çox onların özlərinə ciddi zərbə vura bilər. Digər yandan isə Avropanın Rusiyadan ən çox qaz alan ölkəsi olan Almaniya mavi yanacağın idxalını tədricən diversifikasiya edərək, "Şimal axını"ndan gələn qazdan asılılığını azaldır.

Ukraynanın "Obozrevatel.com" portalı "Kreml Avropa Birliyinə gedən qazı kəsib və onun özü də bundan ziyan görür" başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik: "Rusiya "Şimal axını"nı dayandırıb və beləliklə də Almaniyaya ixrac etdiyi qazı kəsib. Qaz nəqli 3 sentyabrda bərpa edilməliydi, amma indi qaz boru kəmərinin işini qeyri-müəyyən müddətə kimi təxirə salıblar. Kreml gizlətmədən deyir ki, sanksiyalar götürüldükdən sonra qaz nəqlini bərpa etməyə hazırdır.

Rusiya təbliğatı avropalılara təlqin etmək istəyir ki, onları sərt qış gözləyir, amma iş ondadır ki, Rusiyanın özünün ərazisinin üçdə biri qazlaşmayıb. Rusların Avropa Birliyinə satdıqları qazı texniki baxımdan harasa yönəldə biləcəkləri yer yoxdur, onu sadəcə yandırırlar. Avropaya gedən qazın kəsilməsi ən çox Rusiya Fedrasiyasının özünə zərbə vuracaq.

Rusiya "Şimal axını"nı işə salmayacaq

"Naftaqaz"ın inteqrasiya kommunikasiyasının keçmiş direktoru, enerji məsələləri üzrə ekspert Maksim Belyavski deyib: "Kreml "Şimal axını"nı işə salmağı planlaşdırmır.

İlk əvvəl Rusiya bildirirdi ki, ona turbin lazımdır, amma sanksiya üzündən Kanadadan bu turbini ala bilmir. Almaniya güzəştə getdi və turbinlər gətirildi. Onda "Qazprom" öncə bəyan etdi ki, turbinlər tam təmir olunmayıb, sonra isə bunların sanksiyaya aid olmaması barədə arayış istədi."

Rusiyalılar Almaniyaya qaz göndərə bilməyəcəkləri ilə bağlı yeni səbəb fikirləşib tapıblar. İndi deyirlər ki, qaz sızıntısı var və təmir işləri aparacaqlar, ancaq təmiri nə vaxt bitirəcəklərini söyləmirlər. Əgər problem həqiqətən də qaz kəmərində olsaydı, Rusiya Almaniyaya qazı Ukraynanın qaz nəqliyyat sistemi vasitəsi ilə yollayardı. Hazırkı vəziyyətdə Rusiya gündəlik 4 milyon kub metr qaz itirir. Bu da ayda təxminən 300 milyon dollar edir.

Maksim Belyavski daha sonra əlavə edib: "Mənim yaxın üç ay üçün proqnozum belədir ki, Rusiya "Şimal axını"nı işə salmayacaq. Əgər üç aydan sonra da vəziyyət dəyişməzsə, tədarük bərpa olunmaya bilər.

Rusiya eyni zamanda öz yataqlarını dayandırmır və qazın həcmini dəyişmir. Buna infrastrukturun gücü mane olur. O, Avropa Birliyinə satılan qazın həcmini Asiyaya yönəldə bilmir. Rusiya Federasiyası nə edir? Avropa bazarına gedən qazın 80 faizini yandırır".

Rusiya təbliğatı "soyuq qış" haqqında car çəkir

İndi artıq Fransadakı, Almaniyadakı və digər dövlətlərdəki siyasi güclər Rusiyanın fikirlərini təkrarlayırlar. Onlar deyirlər ki, Rusiya ilə razılaşmaq lazımdır, yoxsa qışda soyuqdan donmaq riski var.

Məsələn, Macarıstanın Avropa parlamentindəki deputatı yığıncaq zamanı Avropa Birliyinin baş diplomatı Jozef Borrelə müraciət edərək deyib ki, qışda seçicilər dona bilər. Borrel isə cavabında söyləyib ki, Macarıstan Rusiya ilə razılaşıb və ona təhlükə yoxdur. Hazırda Avropa ölkələrində havalar isti keçir, ona görə də hələ qışın necə olacağı məlum deyil.

Rusiya öz lobbiçiləri vasitəsi ilə avropalıları gələcək böhran və soyuq məktəblər barəsində xəbərlər yaymaqla qorxutmağa çalışır. "Qazprom" bir qədər də irəliyə gedib və Avropanın qazını kəsməsi və onun necə donması barədə videosüjet hazırlayıb.

Lakin Rusiya qazı olmadan Avropa Birliyinin tamamilə mavi yanacaqsız qalması rusiyalıların təxəyyül məhsuludur. Məsələn, Avropada Rusiya qazının ən böyük alıcısı olan Almaniya iyul ayında (Şimal axınının kəsilməsindən əvvəl) istehlak etdiyi qazın cəmi 26 faizini Rusiyadan idxal edib, qalan qazı Norveçdən, Niderlanddan və ABŞ-dan(sıxılmış qaz) alıb.

Əgər qaz tədarükü razılaşmasından imtina olunarsa, Rusiya Avropa Birliyindən daha çox əziyyət çəkəcək. Almaniyanın hesablamasına görə, diversifikasiya prosesi çətin gedəcək və buna iki il vaxt lazımdır. Amma ruslar xəbərdarlıq etmədən qaz nəqlini dayandırarlarsa, Avropa Birliyi bunun öhdəsindən gələcək. Bunun əksinə, Rusiya nəinki milyardları itrəcək, həm də özünün bütün qaz sektorunun gələcəyini təhlükə altına atacaq.

Kreml sanksiyaların qaldırılmasını tələb edir, lakin bu, mümükün deyil

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Əgər Avropa Birliyi sanksiyaları götürərsə, "Şimal axını"nı asanlıqla təmir etmək və tədarükü bərpa etmək olar ".

Amma bunun baş verməsi mümkün deyil.

Ukrayna Baş nazirinin Avrointeqrasiya məsələləri üzrə məsləhətçisi İvan Naqornyak bildirib: "Rusiyanın hərəkətləri Avropanı qaz nəqlini şaxələndirməyə sövq edir. Həmçinin, Avropa ABŞ-dan daha bahalı, lakin daha "dostcasına" qaz almağa başlayır. Mənim fikirimcə, sanksiyalar götürülməyəcək. Əksinə, Avropa Birliyi təcavüzkara qarşı yeni məhdudiyyətlər tətbiq edəcək".

Maraqlıdır ki, bu yaxınlarda "Bloomberg" agentliyi Rusiya hökumətinin daxili sənədlərini dərc edib və orada deyilir ki, Rusiyaya qaz nəql edilməsinin dayandırılması qaz hasilatında təhlükə yaradacaq (yataqları konservasiya etmək lazım gələcək) və hətta daxili istehlakın təminatına əngəllər tördəcək.

Məsələ ondadır ki, Rusiya ərazisinin yalnız 72 faizi qazlaşdırılıb. Göründüyü kimi, Kreml rusiyalılar barədə düşünmək əvəzinə qazı boşu-boşuna yandırır və Avropa Birliyi ölkələrini soyuq qışla təhdid edir. Hazırda Rusiya Federasiyası ərazisinin üçdə biri kömür və odunla qızınır./Azpolitika.info


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1584   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr
.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

17 oktyabr