Moskvada kvest oyunu qəfəsdə qalan yeniyetmələrin yanması ilə bitdi - FOTO/VİDEO
Rusiya paytaxtında horror-kvest (xüsusi hazırlanmış yerdə bir neçə nəfərlik komandalar üçün əyləncəli oyun) zamanı 15 yaşlarında olan üç yeniyetmə və iki işçi yaralanıb.
Bu barədə Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.
Məlum olub ki, kvest zamanı uşaqların əlinə nasaz qaz balonu keçib. O alışıb. Bu zaman uşaqlar qəfəsdə olduqlarından, çıxa bilməyiblər.
"Onları qəfəsə salıblar, balonu yandırıblar, o da nasaz imiş. Böyük bir alov çıxıb və tavana keçib. Uşaqların üzərlərindəki paltarlar yanıb, onların üzərlərinə tavandan əriyən isti plastik damlayıb", - deyə uşaqlardan birinin anası deyib.
Onun sözlərinə görə, oğlu özünü və başqalarını xilas etmək üçün qapını sındırıb. Bunu yeniyetmələrin özləri də deyib.
İşçilər yanğını söndürməyə çalışıblar, zərərçəkənlərdən birinin bilək nahiyəsi və hər iki əli yanıb.
Yeniyetmələr və gənclərdən biri yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Digəri yerində göstərilən tibbi yardımdan sonra evə buraxılıb.
Fövqəladə vəziyyət faktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1876 Tarix: 13 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti
17 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrBu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabrQazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18 oktyabr