Rusiya məhkəməsi Gülnarə Kərimovanın Moskvadakı 6 mənzilini müsadirə edib
Rusiya məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Moskvadakı 6 mənzilini müsadirə edib.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Özbəkistanın ədliyyə nazirinin müavini Müzrəf İkramov rəsmi Daşkənd və Moskvanın Gülnarə Kərimovanın məhkəmə tərəfindən müsadirə olunmuş mənzillərinin satışından əldə olunan gəlirləri bərabər şəkildə bölüşəcəklərini açıqlayıb.
Qeyd edək ki, 2020-ci ildə Özbəkistan Ədliyyə Nazirliyi Baş prokurorluqla birlikdə Kərimovanın 1,3 milyard dollar məbləğində "cinayət yolu ilə əldə etdiyi aktivlərin" qaytarılması ilə məşğul olduğunu bildirib. Gələn məlumatlara əsasən, Özbəkistanın keçmiş prezidentinin qızının Rusiyadakı hesablarında hələ 6 milyon dolları qalıb. Bundan başqa, G.Kərimovanın Moskvada "Kamelot" yaşayış kompleksində penthaus, Rublyovvka massivində malikanə və səkkiz mənzilə malikdir. Həmçinin onun Yaltada ümumi dəyəri 2 milyon dollardan çox olan otel kompleksi, yaşayış binası və torpaq sahəsi var.
Xatırladaq ki, Gülnarə Kərimovaya qarşı qaldırılan cinayət işi çərçivəsində müsadirə edilmiş aktivlərin qaytarılması üçün İsveçrə və Özbəkistan BMT-nin Çoxtərəfli Etimad Fondu yaradacaq. İsveçrə öz banklarında Kərimovaya məxsus 131 milyon dolları geri qaytarılmağa hazır olduğunu bəyan edib.
2013-cü ildə Özbəkistanda Gülnarə Kərimova qarşı mənimsəmə və vergidən yayınma ittihamları ilə iki cinayət işi açılıb. Sabiq prezidentin qızı 2015-ci ildə birinci iş üzrə 5 il, 2017-ci ildə ikinci işlə bağlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi onu 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. Kərimova sui-qəsd, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilinib. Gülnarə Kərimova 2019-cu ilin yazından Daşkənd vilayətinin Zəngiata rayonundakı 21 saylı qadın koloniyasında cəza çəkir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
İranın hərbi dəstəyinin Husilərin ərazi qazanclarına və Səudiyyə Ərəbistanına hücumlara təkan verdiyi deyilir