"Alyonka" şokoladının üz qabığındakı qız 63 yaşında - Başına nələr gəldi? - FOTO-VİDEO
1966-cı ildə "Krasnıy Oktyabr" şirniyyat fabriki "Alyonka" adlı yeni şokoladını təqdim edib. Şokoladın üz qabığındakı mavi gözlü, başı örtüklü balaca qız uşağı alıcıların diqqətini cəlb edib və 60 ildən çox müddətdir ki, "Alyonka"nın simvolu kimi tanınır.
Lakin bu qızın şəkli ətrafında uzun zaman məhkəmə proseslərinin getdiyi barədə çox az adam bilir.
BiG.AZ oxuculara şirin qızcığaz barədə maraqlı məlumatları təqdim etmək istəyir.
Belə ki, 1959-cu ildə, Moskva şəhərində doğulan Yelena Gerinasın atası, fotomüxbir çalışan Aleksandr şəkil seçimi üçün müsabiqə haqqında eşidərək dərhal qızının fotosunu şokolad fabrikinə göndərir. Həmin kadrda Yelena 8 aylıqdır.
4 il axtarış edən fabrikdə rəssam Maslov şəklin üzərində işləyir və üz cizgiləri bir az dəyişildikdən sonra foto şokolad kağızının üz qabığı üçün seçilir.
Lakin bunun müqabilində nə qız, nə onun valideynləri heç bir qonorar almırlar.
2000-ci illərin əvvəlində artıq yaşlanan Yelena onun şəklini istifadə edən şirkəti məhkəməyə verərək 5 milyon rubl (təxminən 140 min manat) təzminat istəyir. Lakin mütxəssislər ekspertiza nəticəsində belə qənaətə gəlirlər ki, "Alyonka" bir neçə foto və şəkillərdən yığılan obrazdır. Bu səbəbdən Yelenanın iddiası rədd edilir.
Qəpik də ala bilməyən Gerinas ədalət axtarışlarından əl çəkib və bir daha məhkəməyə müraciət etməyib.
Hazırda o, həyat yoldaşı və iki övladı ilə Moskva vilayətində yerləşən Ximki şəhərində yaşayır və farmakologiya sahəsində çalışır.
"Alyonka"nın illər ərzində dəyişən üz qabıqları:










Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 8047 Tarix: 14 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabr