"Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar"

Son aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda nisbi sakitlik müşahidə olunsa da, onlar davam etdirilir. Amma reallıqda tərəflər müharibəyə hazırlaşırlar.

Sonxeber.az bildirir ki , bunu Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış son vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, son aylarda danışıqlarda müəyyən sakitlik müşahidə olunur: "Baxmayaraq, xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, danışıqlar gedir, işçi qruplar fəaliyyət göstərir, konsultasiyalar aparılır. Yəni bu, yalnız zahiri sakitlikdir, əslində proses davam edir. Lakin hələlik konkret açıqlamalar yoxdur və onun istiqaməti bizim üçün bəlli deyil. Hər halda biz ehtimal edə bilərik ki, əslində danışıqlar prosesi iki əsas məsələ üzərində qurulub. Onlardan birincisi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 5 rayonunun və ya heç olmasa, bir neçəsinin azad edilərək qaytarılması, ikincisi isə tərəflərin təhlükəsizliyi və Ermənistanın deblokada olunması ilə bağlıdır. Yəni deokkupasiya və deblokada ilə bağlı məsləhətləşmələr aparılır".

Lakin politoloqun fikrincə, bu ərəfədə Ermənistan rəsmilərinin qeyri-konstruktiv mövqeyi, açıqlamaları göstərir ki, ermənilər əslində bu prinsiplə razı deyillər və ona görə də süni əngəllər törədirlər: "Məhz bu səbəbdən Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda görüşü gözlənilmir. Çünki ən azından Ermənistan tərəfi bu görüşə, konkret məsələləri müzakirə etməyə hazır deyil. Azərbaycan tərəfi isə artıq müəyyən mesajlar verib. İki tərəfin açıqlamaları müqayisədə əsaslı şəkildə ziddiyyət təşkil edir. Məsələn, Ermənistan tərəfi əraziləri boşaltmağa hazır olmadığını deyir və s. müxtəlif bəyanatlar səsləndirir. Azərbaycan prezidenti İlham Əliyev isə "Sputnuk Azərbaycan"a müsahibəsində Dağlıq Qarabağa hətta muxtar respublika statusunun verilməsinə dair müzakirə aparmağa da hazır olduğunu bildirib".

ATƏT-in Minsk qrupu həmsədrlərinə gəlincə, ekspert hesab edir ki, hazırda tərəflərin mövqelərini bir araya gətirməklə, onları yaxınlaşdırmaqla məşğuldurlar: "Bu isə vəziyyəti bir az da mürəkkəbləşdirir. Çünki fikirlər, yanaşmalar, mövqelər diametraldır. Həmsədrlərin buna nə dərəcədə nail olacağını hər halda zaman göstərəcək. Amma deyə bilərəm ki, həmsədrlərin tez-tez dəyişməsi danışıqlar prosesinə müəyyən əngəllər yaradır. Onsuz da bu məsələdə obyektiv əngəllər vardı, həmsədrlərin dəyişməsi isə əlavə subyektiv əngəllər yaradır".

Ona görə də İ.Vəlizadənin qənaətincə, indi müharibənin baş vermə ehtimalı daha çoxdur: "Müharibə ehtimalı həmişə var. Aprel hadisələri bunu bir daha təsdiq etdi və daha da gücləndirdi. Əslində, reallıqda tərəflər danışıqlardan nəticə gözləməkdən daha çox, müharibəyə hazırlaşırlar. Bunu bilmək üçün Ermənistanın son aylardakı hərəkətlərinə nəzər yetirmək bəs edər. Onlar bu arada müasir hərbi texnika ilə silahlanır, genişmiqyaslı hərbi təlimlər keçirir, cəbhə xəttində möhkəmlənmə işləri aparırlar. Bu isə o deməkdir ki, Ermənistan sülh istəmir, danışıqlara meyl göstərmir və cəmiyyəti də müharibəyə hazırlaşdırır. Azərbaycan isə bunu görür və şübhəsiz, adekvat addımlar atmağa məcburdur".(Milli.az)
"Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar""Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar""Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar""Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar""Azərbaycan və Ermənistan müharibəyə hazırlaşırlar"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3990   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may