Ukraynalılar üçün işgəncə kameraları: Rusiyanın işğal etdiyi ərazilərdən dəhşətli kadrlar üzə çıxıb

Ukraynalılar üçün işgəncə kameraları: Rusiyanın işğal etdiyi ərazilərdən dəhşətli kadrlar üzə çıxıb"Nasistlər bu cür davranıblar, indi də ruslar bunu edir, onlar da cavab verəcəklər-həm döyüş meydanında, həm də məhkəmədə..."

"Müharibənin müddətləri yalnız Qərbin silah tədarükü ilə bağlıdır..."

Ukrayna hakimiyyəti dünyaya Rusiya ordusunun hərbi cinayətlərini nümayiş etdirib. Zelenski bəyan edib ki, "bütün Ukrayna azad olmalıdır"...

Ukrayna rusiyalı hərbçilərin işğal etdiyi və bu yaxınlarda azad etdiyi Ukrayna ərazilərində törətdiyi hərbi cinayətlərinin yeni sübutları barədə məlumat verib.

Moderator.az xəbər verir ki, bu barədə "Vesti" nəşri məlumat yayıb.

Sentyabrın 18-də Ukrayna mənbələri rusiyalı əsgərlərin təşkil etdiyi 10 işgəncə kameraları barədə danışıb.

Kameraların birinə xarici jurnalistlər dəvət edilib və onlar bu ağır kadrları bütün dünyaya yayıb.

Dəmir barmaqlıqlarla əhatə olunan kamera ərzaq mağazasının yanında rütubətli zirzəmidə yaradılıb.

Döşəmə üzərində üç çirkli matras və ədyallar var. Bir də soyuqdan qorunmaq üçün bir neçə penoplast (çoxməsaməli plastik kütlə) lövhələri var. Küncdə ayaqyolunu əvəz edən iki vedrə var. Kameranın bir neçə metrliyində masa və üç sınıq-salxaq stul var. Ətrafda siqaret kötükləri və boranı toxumlarının qabıqları səpələnib.

Ukrayna prokurorluğu bəyan edib ki, rusiyalı hərbçilərinin ukraynalıları saxladığı və işgəncə verdiyi daha bir işgəncə kamerası Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsində dəmiryolu yaxınlığında, Rusiya sərhəddinin bir-iki kilometrliyində aşkar edilib. Bir həftə öncə bu ərazi də Ukrayna ordusu tərəfindən azad edilib.

Ukrayna prezidenti Vladimir Zelenski danışıb ki, Kazaçya Lopan qəsəbəsindəki kamerada elektrik cərəyanı ilə işgəncə verilməsi üçün istifadə edilən əşyalar aşkar edilib. İşgəncə verilən yerdən çəkilən fotoşəkillərdən aydın olur ki, sovet dövrünün köhnə TA-57 radiotelefonuna klipsləri olan elektrik kabelləri qoşulub.

Xarkov vilayəti prokurorluğu bəyan edib ki, rusiyalı hərbçilər yaratdıqları həbsxananı idarə etmək üçün xüsusi briqada yaradıb və ələ keçirilən sənədlər orada işgəncələr verilməsini təsdiq edir.

Zelenski əlavə edib ki, bu cür həbsxanaların yaradılması rusiyalı hərbçilərin işğal etdiyi ərazilərdə geniş yayılan praktikadır.

"Nasistlər bu cür davranıblar, indi də ruslar belə edir, onlar da cavab verəcəklər-həm döyüş meydanında, həm də məhkəmədə", - Ukrayna prezidenti deyib.

Xatırladaq ki, bir neçə gün öncə xarici KİV-lər İzyumda 450 mülki şəxsin məzarı və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəsədləri olan qardaşlıq məzarını nümayiş etdirib.

Hərbi qulluqçuların cəsədlərində işgəncə izləri-sınıq ətraflar, bağlı əllər, boyunlarında iplər olduğu müəyyən edilib.
Əvvəllər işğal etdikləri əraziləri tərk edərkən rusiyalı hərbçilər özlərindən sonra dağıntılar və kül qoyub gedib. Yanmış evlər, dağılmış hərbi texnika, dağıdılan yollar. Şahidlərin sözlərinə görə, dağıntıların miqyası Çernobıl fəlakətini xatırladıb.

"Biz dövlətimizin ərazisində bütün əməliyyatları düşünmüşük. Biz tamamilə ciddi ovqatdayıq. Amma uğurlu əkshücum müharibənin bitməsinin yaxınlaşmasını deməyə əsas vermir", - BBC Zelenskidən iqtibas gətirib.

"Mən 100 faiz deyə bilərəm ki, müharibənin müddətləri Qərb silahının tədarükü ilə bağlıdır. Yalnız bununla bağlıdır", - o, deyib.

"Kimsə düşünə bilər ki, indi sakitlikdir. Amma bu, növbəti əkshücumlara hazırlıqdır. Ukrayna büsbütün azad olmalıdır", - Ukrayna lideri bəyan edib.

Bu arada isə Avropa İttifaqında sədrlik edən Çexiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üçün beynəlxaq tribunal yaradılmasına çağırış edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 6893   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18 oktyabr
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17 oktyabr
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

17 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17 oktyabr
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17 oktyabr
.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18 oktyabr
.

Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah

18 oktyabr