Özünü əvvəl İsa Peyğəmbər, sonra Şeytan adlandırdı və 5 yaşlı qızının gözü önündə AYAĞINI DOĞRADI
ABŞ-ın Arkanzas ştatında qandonduran hadisə baş verib: 48 yaşlı Şennon Koks 5 yaşlı qızının gözü önündə özünün sağ ayağını mişarla kəsib. O və 30 yaşlı həyat yoldaşı Sendi Koks uşağın həyatı və sağlamlığı üçün təhlükə yaratmaqda ittiham olunublar.
BiG.AZ xəbər verir ki, bu barədə "True Crime Daile" yazır.
Qorxunc olay ayqustun 2-də baş verib. Hadisə yerinə çağırılan polislər Şennonu evin qapısı önündə, çılpaq və sağ ayağının bir hissəsi kəsilmiş halda tapıblar.
Evə baxış zamanı polis əmkdaşları qanlı elektrik mişar aşkarlayıblar. Yerdə və divarda da qan izlərinin olduğu bildirilir.
Sonradan məlum olub ki, amputasiya prosesi kişinin 5 yaşlı qızının gözü önündə baş verib, uşağın anası Sendi isə həmin zaman evdə olmayıb.
Sorğu zamanı qadın bildirib ki, Şennon əvvəl özünü İsa Peyğəmbər adlandırıb və Sendini Allahla münasibətlərini düzəltməyə çağırıb, daha sonra isə aqressivləşib və özünün Şeytan olduğunu deyib.
Aqressivləşən kişinin həyat yoldaşı rəfiqəsinin evinə köçüb. Qızını qeyri-adekvat əri ilə niyə tək qoyduğu barədə suala isə Sendi "Onun məni öldürəcəyindən qorxurdum, qızıma görə isə nigaran deyildim, çünki heç vaxt ona zərər yetirməyib" cavabını verib.
Avqustun 3-də qız Uşaqların Müdafiəsi Mərkəzinə yerləşdirilib. Mərkəzin əməkdşlrının sözlərinə görə, uşaq şok vəziyyətində olub və baş verənlər barədə danışmaq istəməyib.
Sentyabrın 8-də Şennon və Sendi azyaşlı üçün təhlükə yaratmaqda ittiham olunub, lakin 10 min dollar girov müqabilində azadlığa buraxılıblar. Onların növbəti məhkəmə iclası gələn ay keçiriləcək.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış