100 yaşını ötən insanlar ordusu...
"1963-cü ildə Yaponiyada 100 yaşı ötənlər cəmi 153 nəfər, 1983-cü ildə 1000 nəfər, 1998-ci ildə 10 000 nəfər, bu gün 90 mindən artıqdır!.."
Tarixdə ilk dəfədir ki, Yaponiyada yaşı 100-ü ötən sakinlərinin sayı 90 mini keçib. Daha dəqiq desək, onların sayı 90 526 nəfər təşkil edib.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə nazirliyi özünün sentyabrın 19-da milli bayram kimi qeyd edilən böyüklərə ehtiram Günündə ənənəvi illik hesabatında məlumat verib.
Yaponiyada son 52 ildə yaşı 100-ü ötən insanlar ordusu davamlı olaraq və fasiləsiz artmaqdadır.
Ötən 12 ay ərzində bu orduya daha 4 mindən artıq insan əlavə olunub. Yaponiyada hər 100 min nəfər sakinə yaşı 100-dən çox olan 72 uzunömürlü düşür.
Səhiyyə Nazirliyinin özü bu yaşda olan insanların sayının artmasını səhiyyə sisteminin və yaşlı indanlara qulluğun daima yaxşılaşması ilə izah edir.
Yeri gəlmişkən, Yaponiyada ən çox yaşayanlar qaynar iri şəhərlərdən uzaqda yerləşən əyalət rayonlarında sakit ömür sürənlərdir.
İndi isə diqqət edək!
"100 və daha yaşlı" kateqoriyada 88, 6 faiz qadınların payına düşür.
Ona görə də Yaponiyada ümumdünya meyli aydın meyl özünü büruzə verir- gözəl cinsin nümayəndələri zərərli vərdişlərə meylli olan kişilərə nisbətən daha uzun ömür sürür.
Bir az tarixi məlumat da verək. "100 yaşlılar"la bağlı statistika ölkədə 1963-cü ildən aparılır.
O zaman belələri cəmi 153 nəfər olub.
1983-cü ildə bu rəqəm 1000-i ötüb, 1998-ci ildə 10 000 nəfər olub. Belə sürətlə artır!
Və sonda: 2021-ci ildə Yaponiyada orta ömür müddəti qadınlarda 87, 6 il, kişilərdə isə 81, 5 il təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 7079 Tarix: 20 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrAğ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
17 oktyabrMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabr