İranda hicab qiyamı əslində necə başladı və nəyi dəyişəcək…

İranda hicab qiyamı əslində necə başladı və nəyi dəyişəcək…22 yaşlı Məhsa Əmininin ölümü İranda böyük etirazlara səbəb olub. Artıq bir neçə gündür ki, qonşu İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Əsasən qadınların üstünlük təşkil etdiyi aksiyalarda əsas tələb vətəndaşlara azadlıq hüququnun verilməsi və məcburi hicab tələbinin ləğv olunmasıdır.

İranlı qadınların hicab aksiyasına kişilər də qoşulmağa başlayıb. Etirazçılar hökumətin yürütdüyü siyasətdən narazılıq edərək, sivil cəmiyyətdə yaşamaq istədiklərini bəyan ediblər. Bəzi şəhərlərdə polis etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edib. Polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir.

Qadınların başlatdığı aksiyalar nə ilə nəticələnəcək?

Bu barədə Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı etiraz aksiyaları bundan öncə də olub.

Onun sözlərinə görə, hətta bir neçə ay əvvəl Tehran hakimiyyətinin hicab qaydasını pozanlara qarşı tədbirlər planı çərçivəsində Güney azərbaycanlı ictimai fəal Məleykə Qaragözlü 4 il yarım müddətinə azadlıqdan məhrum edilib: "İndi kürd etnosunun nümayəndəsi olan Məsihə Əmini də həmən qaydaları pozanlara qarşı mübarizə tədbirlərinin qurbanlarından birinə çevrilib".

S.Soltan hesab edir ki, son hadisə İran rejiminin tətbiq etdiyi hicab qaydalarına bir etnosun və bir neçə insanın deyil, ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır:

"İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydaları İslam dövlətinin əsas prinsipləri sırasında gəlir. Bu prinsipin pozulması İrandakı mövcud hakimiyyətin siyasi,ideoloji xəttinin dayaqlarının zəifləməsi deməkdir. İran hakimiyyəti ciddi cəhdlə hicab qaydalarını sərtləşdirir. Bu baxımdan İran cəmiyyəti hazırda keçirdiyi aksiylarla öz şəxsi azadlıqlarını tələb edir. Davam edən aksiyalar hakimiyyətin insanların ailə-məişət məsələlərinə nüfuzetməsinə, müdaxilə etməsinə etirazın bir simvoludur. Bu çox ciddi sosial aksiyadır".

Politoloqun fikrincə, İran hicabdan başqa ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə edir:

"3-5 il öncə İran hicab məsələsinə elə də ciddi yanaşmırdı. Qadınlar başörtülərindən saçlarını azacıq çıxara bilir, fərqli rəngli paltarlar geyinə bilirdilər. Son zamanlar İran hakimiyyəti bu məsələdə ciddiləşdi və sərt addımlar atmağa başlayıb. İran rejimi bununla başqa ölkələrin daxili işlərinə qarışmağa səy göstərdi. O cümlədən, İran rejmi tətbiq etdiyi hicab qaydalarını Azərbaycanda da yaymağa çalışır. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar. Bu barədə İran tərəfindən açıqlamalar olub. İranda fəaliyyət göstərən azərbaycanlılar da bu yöndə çıxışlar edirlər. Baxın, İran hakimiyyəti indi bu məsələ ilə bağlı öz daxilində problemlə üzləşir. Deməli, hakimiyyətin cəmiyyəti zorla öz istədiyi hicab qaydasına tabe etmək qərarı düzgün deyil. Bu, zorakılıqdır. İranda isə zorakılıq inqilab zamanından bəri davam edir".

Qonşudakı aksiyaların qarşısını almaq üçün hansı addımlar atılacaq?

S.Soltan suala cavabında deyib: "İlk növbədə 22 yaşlı Məhsa Əmininin qatili və onu bu qətlə yönəldənlər tapılmalıdır. Daha sonra hicab qadağalarına qarşı çıxdığı üçün məhbus olmuş şəxslər azad edilməlidir. Hicabın məcburi taxılmasına etiraz edərkən saxlanılan aksiya iştirakçılarına amnistiya verilməlidir. Əks halda məsələ daha da ciddiləşə bilər. Çünki İranın müttəfiqi sayılan Rusiyanın vəziyyəti günü-gündən ağırlaşır. Bu isə Rusiyanı beynəlxalq arenada İranı əvvəlki kimi müdafiə etmə imkanından məhrum edəcək. Bu gün daha çox Rusiyanın İrana ehtiyacı var. Bir sözlə, İran ölkədəki etirazları dinc yolla, danışıq yolu ilə həll etməyə çalışacaq. Əks halda etirazlar başqa sahələrə də keçə bilər. Hələlik İranda siyasi şüarlar zəif səsləndirilir, aparıcı xətti təşkil etmir. Əsas şüarlar sosialyönümlüdür".

İrandakı aksiyaların xarici qüvvələr tərəfindən hazırlanması iddiasına gəlincə, politoloq bunun imkansız olduğunu düşünür:

"İranın ərazisinə ordu yeridiləsi deyil. Etiraz aksiyalarına əlavə adamlar da yığa bilməzlər. İrana qarşı son aksiyalarda törətdiyi zorakılıq hallarına görə ancaq sanksiyalar tətbiq oluna bilər. Onsuz da 2000-ci illərin əvvələrində İranın bir sıra rəsmilərinə qarşı insan hüquqlarını pozduğuna görə sanksiya tətbiq edilib. Ehtimal etmək olar ki, həmin istiqamətdə sanksiyalar daha da genişlənsin və gücləndirilsin. Artıq ABŞ və Qərb İrandakı etiraz aksiyalarına öz münasibətlərini bildirib. Düşünürəm ki, sanksiya tətbiqi genişlənə bilər. Beynəlxalq aləm bu gün ancaq sanksiya və məhdudlaşdırıcı tədbirlərlə təsir göstərə bilir. İran hakimiyyəti əvvəllər internet resurslarına qadağalar tətbiq etməyə çalışırdı. Bu gün isə İranda nə televiziyaya, nə də internetə daxil olmaqda çətinlik var. Ona görə də, insanların dünya ilə əlaqəsinin qarşısını almaq mümkün deyil. Mövcud hakimiyyət bunu bacarmadı. İnformasiyanın qarşısı alınmadığı üçün cəmiyyət inkişaf edir. Hakimiyyət isə düşüncə baxımdan onlarla ayaqlaşa bilmir. Bu da etirazlara səbəb olur.

Ümumiyyətlə, İranda hakimiyyəti güclü edən, onu qoruyan güc strukturlarıdır. İlk növbədə İran İslam İnqilabı Keşikçiləri Korpusu, daha sonra ordu və polis hakimiyyətin əsas mühafizəçiləridir. Nə qədər ki, sadaladığımız və sadalamadığımız güc strukturları mövcud hakimiyyəti və onun düşüncəsini müdafiə edəcək, o zaman qarşıdurmalar uzun sürəcək".

Xatırladaq ki, sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2505   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021