"Göyçə-Zəngəzur Respublikası" kimin avantürasıdır? - ARAŞDIRMA

"Göyçə-Zəngəzur Respublikası" kimin avantürasıdır? - ARAŞDIRMARizvan Talıbov adlı şəxsin "Göyçə-Zəngəzur Respublikası" ideyası avantüradır və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür.

İlk dəfə təxminən bir il bundan öncə belə bir ideya ortaya atıldı, lakin iddia heç bir rezonans doğurmadı. Lakin bu günlərdə həmin avantüranın yenidən gündəmə gətirilməsi bunun məqsədli şəkildə ictimai rəyə sırındığını deməyə əsas verir.
Rizvan Talıbov

Rizvan Talıbov Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən, Çəmbərək rayonunun Yanıqpəyə kəndindəndir. 2005-ci ildə Əli İnsanovun həbsi ilə əlaqədar "Qərbi Azərbaycana Qayıdış" Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib, ilk işi Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini "yaratması" və ona sədrlik etməsi olub.

Xuliqanlıqda (CM-nin 221.2 maddəsi) ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci ilin mayın 9-da bir qrup şəxs qondarma "İrəvan-Türk Cümhuriyyəti" yaratdığını elan etdikdən təxminən bir il sonra - 2021-ci il martın 10-da R.Talıbov "Qərbi Azərbaycana Qayıdış" Birliyinin iclasını keçirib, "Göyçə-Zəngəzur Respublikası" yaratdığını və onun "prezidenti" olduğunu elan edib.

R. Talıbovun avantürası ilə bağlı təşkilat üzvləri etiraz bəyanatı yayaraq aşağıdakı bəyanatı yayıblar: "Rizvan Talıbovun Ali Məclis adından heç bir toplantı keçirmədən, növbəti dəfə özbaşına qərar yazıb "dövlət" elan etmə əməli siyasi dələduzluq kimi qiymətləndirilsin və QAQB sədrliyi vəzifəsindən kənarlaşdırılsın. Eyni vaxtda o və oğlu Qərbi Azərbaycana Qayıdış Birliyinin təsisçiliyindən çıxarılsın".

Ötən müddətdə R.Talıbov özü üçün "dövlət" qurub, onun "strukturlarını" yaradıb, "baş nazir", "nazirlər", "komitə sədrləri" təyin edib, "parlament" yaradaraq "spiker", "vitse-spiker" təyin edib, xəyali virtual iclas keçirib, iclasda "çıxış edib", vatsapda "çıxışını" paylaşıb, saytlara müsahibə verib, müxtəlif hadisələrə "münasibət bildirib" və s. Bir sözlə, öz-özünü inandırıb ki, artıq yaratdığı "dövlətin" "prezidenti"dir. Hətta bəzən "nazirlərinin" üstünə acıqlanmaqdan da çəkinmir.

Özünü Qərbi Azərbaycanlıların "prezidenti" sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir.

Onun ətrafında belə bir nəfər də ciddi adama rast gəlmək mümkün deyil, adlarını çəkdiyi, vəzifəyə qoyduğu, strukturlara daxil etdiyi adamların çoxunun heç bundan xəbəri də yoxdur.

R.Talıbov kimliyindən, siyasi baxışından asılı olmayaraq, ona salam, yaxud bir qarın qonaqlıq, yaxud da 5-10 manat verən hər kəsi ən yüksək vəzifəyə "təyin edə" və ona "səlahiyyət" verir.

İş o yerə çatıb ki, R.Talıbov artıq yaratdığı virtual qurumun "xarici əlaqələrini" qurmağa başlayıb.

Cari ilin iyulun 24-də Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsi özünə "vitse-prezident təyin edib" və onu "Kürdistan İslami Adalet Partisi" genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa "göndərib".

Ən pis cəhəti də budur ki, Qərbi Azərbaycanlılara və ya bu ideyaya zərər vermək niyyətində olan istənilən qüvvə onun belə xasiyyətindən asanlıqla istifadə edə bilər və edirlər də.

"Kürdüstan İslami Adalet Partisi" genel başkanı ilə danışıqlar aparılması süni şəkildə bu prosesə önəm verilməsi, arzuolunmaz elementlərin daxil edilməsi yolu ilə ideyanın coğrafiyasının daha da genişləndirilməsi məqsədi daşıyır. Ankarada "Göyçə-Zəngəzur Respublikası"nın ilk bürosunun açılışı, açılışda Mehmet Ali Arslanın Zəngəzuru Osmanlı torpağı elan etməsi də ziyanlı və arzuolunmaz iddialardır.

Türkiyədəki "yardımçısına" gəlincə, ola bilər ki, R.Talıbov o adamı heç tanımır, məhz o adam (yaxud onun Azərbaycandakı adamları) R.Talıbovla əlaqə saxlayıb ki, filan adamı – Mehmet Ali Arslanı özünə Türkiyədəki nümayəndə təyin et. Bunu özü üçün böyük şərəf sayan R.Talıbov Türkiyədən də ona dəstək verilməsinə sevinərək həmin şəxsi özünə "prezident köməkçisi" təyin edib. Həmin qüvvələr isə onun bu siyasi savadsızlığından istifadə edərək, öz işlərini görür, gündəmə gəlir, "Göyçə-Zəngəzur Respublikası" adından danışır, şübhəli qüvvələrlə, bəlkə də Türkiyəyə düşmən təşkilatlarla danışıqlar aparırlar və sabah hansı məkrli addımı atacaqları məlum deyil.

Əvvəl Mehmet Ali Arslan adı ilə çıxış edən şəxs - R.Talıbovun Türkiyədəki "prezident yardımçısı" indiki "prezident yardımçısı" İsmet Kavrukla fərqli adamlar deyil, müxtəlif adlar altında eyni adamdır və ya adamlardır.

"Zəngəzur dəhlizi" məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda "Göyçə-Zəngəzur Respublikası" yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir.

Məsələnin avantüra xarakteri daşıması Qərbi Azərbaycan İcmasının bəyanat verməsinə də səbəb olub. Bəyanatda deyilir: "Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".

R.Talıbovun bu cür avantürist hərəkətlərinin qarşısı dərhal alınmalı və onun Türkiyədəki həmin insanlarla əlaqələri və bu əlaqənin vasitəçiləri dərhal araşdırılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5062   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021