II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb

II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıbII Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Böyük Britaniyanın kraliçası haqqında maraqlı məlumatlar veriblər.

Bildirilir ki, onun yemək tərzi və xüsusi seçimləri olub. Məsələn, kraliça heç vaxt bananı birbaşa qabığını soyaraq, dişləyib yeməyib: həmişə onu bıçaqla kəsib, çəngəllə yeyib.

Səhər yeməyində yumurta yeməyi sevən II Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən birinin verdiyi məlumata görə, bişməyinə az qalmış yumurtaya limon qabığı və kokos yağı əlavə edilib. Bu, kraliçanın ən sevimli səhər yeməyi olub.

Çox az adama məlum olan başqa bir məlumat isə II Elizabetin heç vaxt çörəyin üst hissəsini (qabığını) yeməməsi olub. Xüsusilə sendviç yeməyi çox sevən kraliça həmişə çörəyin içi ilə hazırlanan sendviçlərə üstünlük verib. 90-cı illərdə onunla işləmiş kral aşpazı Oven Hodcson xatirələrini paylaşaraq deyib ki, kraliça bu barədə ona bir dəfə xəbərdarlıq belə edib və sendviçi necə hazırlayacağını başa salıb.

Günə ruh yüksəkliyi ilə başlamağı özünə şüar edən II Elizabet hər səhər saat 07:30-da otağının pəncərəsinin altında çalınan qaida (şotland musiqi aləti) səsinə oyandırılırdı. 15 dəqiqəlik musiqi dinləmək kraliçaya gündəlik işinə daha yaxşı fokuslanmaq üçün ruh yüksəkliyi verirdi.

Böyük Britaniya sularında yaşayan bütün qu quşları kraliça II Elizabetə məxsus idi. Bu sularda yaşayan qu quşlarının hər hansı birinə müdaxilə etmək qanuni olaraq cinayət sayılırdı. Kraliçanın qu quşları məşhur idi, lakin onun sahib olduğu tək quşlar deyildi. Böyük Britaniya sularında yaşayan "krallıq balıqları" kimi tanınan balinalar və delfinlər də var idi. "Krallıq balıqları"na da hər hansı bir şəkildə zərər vermək, qu quşlarına zərər vermək kimi, cinayət hesab olunurdu.

Kraliça Elizabetin cəmi dörd övladı var idi. Halbuki o, dörd uşağından başqa, 30 uşağın xaç anası idi. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var idi. Digər xaç övladlarının kim olduğu bilinmir, lakin Erl Spenser II Elizabeti son mənzilə yola salınanda belə tək qoymayıb.

II Dünya müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn kraliça yaxşı sürücü olub. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməyib. Məlumdur ki, kraliça Böyük Britaniyada ictimai yollarda maşın sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayan yeganə şəxsdir.

Maşın sürmək üçün heç bir sənədə ehtiyacı olmayan kraliçanın pasportu da yox idi və həyatı boyunca heç bir pasporta ehtiyac duymayıb. Pasport və sürücülük vəsiqəsi krallıqda onun adına hazırlandığı üçün bu sənədi almasına ehtiyac yox idi. Bu da yalnız hökmdarlara məxsus qayda olub.

Rəngarəng paltarları sevən və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralara tuş gələn II Elizabet xüsusilə izdihamlı mərasimlərdə, məclislərdə, camaatla qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilmələri üçün parlaq rənglərə üstünlük verib. Kraliça bu mövzuda çox həssas olub - hamının onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib idi.

II Elizabet II Dünya müharibəsindən qısa müddət sonra şahzadə Filiplə ailə qurdu. O illərdə Britaniya hökuməti ailə qurmağa hazırlaşan gəlinlərə kupon paylayırdı. Hətta Britaniya hökuməti kraliça II Elizabetə gəlinliyi üçün əlavə 200 kupon da hədiyyə etmişdi. Lakin kral ailəsi üzvlərinin ictimaiyyətdən heç bir hədiyyə qəbul edə bilmədiyi deyilib, ona görə də kraliça jest olaraq ona verilən kuponları geri qaytarıb. Çox sadə və adi gəlinlik geyinməyə razılıq verən kraliça kuponları qaytardıqdan sonra ona Norman Hartnel tərəfindən Çin ipəyindən hazırlanmış heyranedici gəlinlik hədiyyə edilib. II Elizabet toyunda həmin paltarı geyinməli olub. Amma o, gəlinlik paltarından çox, adi bir insan kimi gəlinliyinə kupon toplamağı ilə xatirələrdə qalıb./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1144   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust
.

Ekrem İmamoğlu CHP-dən istefa verdi

Türkiyənin İstanbul şəhərinin həbsdə olan sabiq bələdiyyə sədri Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. xəbər verir ki, İmamoğlu öz sosial şəbəkə hesabında partiyada 17 illik üzvlüyünə son qoyduğunu bildirib. Qeyd edək ki, E.İmamoğlu hazırda həbsdədir və İstanbu

12 avqust
.

Şimali Koreya Yapon dənizinə raket atdı

Şimali Koreya şərq istiqamətində Yapon dənizinə naməlum raket atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat verib. Əvvəlki buraxılış Şimali Koreya ordusu Yapon dənizinə qısa mənzilli raket atdığı zaman baş vermişdi. Raket sınağı Cənubi Koreya və ABŞ-ın gələn həftə illik mühüm birgə hərbi təlimlərin

12 avqust
.

ABŞ-İran müharibəsi: Tehran Hörmüz boğazının açılması üçün ABŞ-dan güzəştlər tələb edir

İran və ABŞ arasında müharibənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər davam edir. Lakin Tehran boğazın tam açılmasını Vaşinqtonun bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirir. "Reuters" xəbər verir ki, İran Hörmüz boğazının açılması üçün ABŞ-da

10 avqust
.

Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri

Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın

11 avqust
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10 avqust
.

Erməni qadının meyiti tapıldı

İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin

10 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust