Aqşin Fatehin adamları restorana basqın etdilər - VİDEO
Bakıda gecə saatlarında "Bakkumusichall" restoranına bir qrup şəxs hücum edib.
Bu haqda "Yeni Sabah"a zərərçəkmiş, restoranın sahibi Vüsal Rəhimov məlumat verib.
O bildirib ki, 09.09.2022-ci il tarixində gecə saatlarında meyxanaçı Aqşin Fatehin və onun şəriki İlqar Abdullayevin adamları kriminal aləmə məxsus olan şəxslərlə restorana basqın ediblər.
V.Rəhimov bildirib ki, həmin qrup öncə restoranın qarşısında dava salıb, sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını, işçiləri döyüblər.
Hadisə yerinə polis çağırılıb, basqında iştirak edənlər hadisə yerindən qaçmağa nail ola biliblər.
Vüsal Rəhimov bildirib ki, bir müddət əvvəl - 15.04.2022-ci il tarixində də eyni qaydada restorana basqın edilmişdi. Bu faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılır.
Restoran sahibi baş vermiş hadisə ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Qeyd edək ki, əvvəllər sözügedən restoranı A.Fatehlə V.Rəhimov şərik olaraq idarə ediblər. Sonradan meyxanaçı ilə müqavilə ləğv olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysun ilk dəfə qardaşını efirdə GÖRDÜ - VİDEO
Müğənni Aysun İsmayılova ilk dəfə qardaşını görüb. Bizim.Mediaya istinadən xəbər verir ki, "Günə uğurla" verilişində sənətçinin atasının ikinci evliliyindən olan qardaşı Elnarın fotosu yayımlanıb. Bundan başqa Elnarın Aysunu ad günü münasibətilə təbrik etdiyi səs yazısı da efirə verilib
1 fevralÜzr istədiyi üçün onu tənqid edənlərə belə reaksiya verdi
"Qiymətli duruş hər adama nəsib deyil. Bəzən ən böyük güc barışı, qalmaqalı yox səmimiyyəti seçməkdir. Həyatın qarşıma çıxardığı bütün dirənişlər məni sınasa da, aciz olmadım, yenilmədim". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabınd yazıb. Şair Nazil
7 fevralMəşhur müğənni nişanlandı - VİDEO
Türkiyənin tanınmış müğənnisi İrem Derici şəxsi həyatı ilə gündəmə gəlib. Sənətçi sevgilisi Melih Kunukçu ilə ailə arasında təşkil olunan sadə mərasimdə nişanlanıb və bununla da evlilik yolunda ilk rəsmi addımını atıb. türk mediasına istinadən xəbər verirki, nişan tarixini bir neçə gün öncə, 3 fevra
4 fevralŞəbnəm Tovuzlu aparıcı Zaurla "qırğına çıxdı", efirdən GETDİ - VİDEO
Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalmaqallı anlarla gündəmə gəlib. xəbər verir ki, canlı efirdə sənətçi ilə verilişin aparıcısı Zaur Nəbioğlu arasında gərgin mübahisə yaşanıb. Proqram zamanı aparıcının Şəbnəm Tovuzlunu "qalmaqallı müğənni" kimi təqdim etməs
3 fevral"Ər çörəyi yeyən qadın dünyanın xoşbəxtidir"
"Həmişə istəmişəm ki, insanın göz yaşları sevincdən olsun. Həyatdır, Allah hərəyə bir şey verir. Biz kimik ki, ona üsyan edək? Qapı dəyişmək olar, amma insan taleyini dəyişmək olmur". xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib. O, həya
4 fevral"Kim yalan deyirsə, Allah bəlasını versin"
Müğənni Arzu Mələk canlı efirdə verdiyi sərt açıqlamalarla gündəmə gəlib. xəbər verir ki, o, aşıq Mübarizlə bağlı səsləndirdiyi fikirlərlə studiyada gərgin anlar yaşadıb. Arzu Mələk bildirib ki, televiziya kanallarına çıxmağa başladığı dövrdə Mübariz efirdə tanınan biri olmayıb. Onun sözlərinə görə
2 fevral"Mən Aygünün atasıyam"
Xalq artisti Aygün Kazımovanın ad gününə qatılanlar arasında onun müəllimləri də yer alıb. Pop divanı təbrik edənlər arasında Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə və Cavanşir Quliyev də olub. C.Quliyev jurnalistlərə açıqlamasında Kazımovanın yaradıcılığından danışıb, ona sevgisini dilə gətirib:
1 fevralXalq artistində eyni vaxtda 4 xəstəlik aşkarlandı: "Həkimlər dedi ki..."
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti ilə bağlı həkimlərin rəyi açıqlanıb. Bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib. O bildirib ki, götürülən nümunələrlə bağlı həkimlər onda 4 xəstəlik olduğunu müəyyən ediblər:. "Vəziyyətim pisdir. Pandemiya vaxtı korona olmuşdum, həmin vax
31 yanvar