Nikolun BMT-də "Ermənistan xəritəsi" istəyi…

Nikolun BMT-də "Ermənistan xəritəsi" istəyi…Ermənistan ilə Azərbaycan arasında müharibənin əsas səbəbi onların Azərbaycan ərazilərinə iddiasıdır. Əgər əvvəlki prezidentlər bunu Qarabağdakı ermənilərin "öz müqəddəratını təyinetmə hüququ" ilə əsaslandırmağa çalışırdısa, Paşinyan hakimiyyətə gəldikdən sonra "Qarabağ Ermənistandır və nöqtə" cümləsini quraraq ölkəmizə qarşı ərazi iddiasını birbaşa dilə gətirdi.

Bu sözləri Paşinyanın BMT BA-nın 77-ci sessiyasındakı çıxışını şərh edən politoloq Fərhad Məmmədov deyib. Politoloqun sözlərinə görə, Paşinyan yenə də öz cəfəng çıxışı ilə beynəlxalq aləmi aldatmağa çalışıb:

"İndi Paşinyan BMT tribunasından İlham Əliyevin Azərbaycan dövlətinin tanımağa hazır olduğu Ermənistan xəritəsini göstərməsini istəyib. Məsələ isə odur ki, sözügedən problemin və müharibənin kökündə İrəvanın ekspansionist iddiaları dayanır. Ermənistan bugünədək ölkəmizin ərazi bütövlüyünü tanımayıb və beynəlxalq hüquqa görə Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu qəbul etmək istəmir. Biz də İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını və Qarabağın dövlətimizin tarixi və suveren ərazisi olduğunu etiraf etməsini tələb edirik. Ermənistan son iki ildə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıdığını dilə gətirir. Lakin onlar otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayıb. İşğalın son iki ili isə Paşinyanın iqtidarı dövrüdür. Bu, Paşinyanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi növbəti çıxışdır. Paşinyan və komandası birdəfəlik anlamalıdır ki, Ermənistanın ərazi bütövlüyünün tanınması yalnız və yalnız Azərbaycanın dünya tərəfindən qəbul edilmiş ərazi bütövlüyünün və suverenliyinin tanınmasından keçir"./Axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1663   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güclü zəlzələdə ölənlərin sayı 254-ə çatdı

Kolumbiyada baş verən 7,4 bal gücündə güclü zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 254-ə çatıb, minlərlə insanın taleyi isə hələlik məlum deyil. "Qafqazinfo" xəbər verir ki, avqustun 10-da ölkənin qərbində baş verən zəlzələ Pereira, Kali, Manisale

12 avqust
.

Avropada anormal istilər iqtisadi artımı məhv edir

Bu ilki qeyri-adi isti yay Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələcək ki, bu da ÜDM-in təxminən 1%-nə bərabərdir. xəbər verir ki, yeni təhlilə görə, bu məbləğ blokun 2026-cı ilə qədər əldə etməsi gözlənilən bütün iqtisadi artıma bərabərdir. Triodos Bankının araşdırmasına görə, Frans

11 avqust
.

Kolumbiyada matəm elan olundu

Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib. -ın xəbərinə görə, bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib. Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərind

12 avqust
.

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ

10 avqust
.

Ekrem İmamoğlu CHP-dən istefa verdi

Türkiyənin İstanbul şəhərinin həbsdə olan sabiq bələdiyyə sədri Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. xəbər verir ki, İmamoğlu öz sosial şəbəkə hesabında partiyada 17 illik üzvlüyünə son qoyduğunu bildirib. Qeyd edək ki, E.İmamoğlu hazırda həbsdədir və İstanbu

12 avqust
.

NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir

Arsenalların tükənməsi Pentaqonu Asiya və Avropadan gəmiləri, aviasiyanı və hava hücumundan müdafiə (HHM) bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb. Məqalədə qeyd olunub ki, b

9 avqust
.

Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları

11 avqust
.

Dünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb

Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove

10 avqust
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10 avqust